--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Ekspert: Şuşanın qayalarında yazılar yazılmamalıdır

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 18:14 1058 baxış

Samir Dübəndi Cıdır düzündə təbii və tarixi landşaftın qorunmasının vacibliyini vurğulayıb

Elpress.az xəbər verir ki, Şuşanın, xüsusilə Cıdır düzünün tarixi, mədəni və təbii simasının qorunması ilə bağlı çağırış edilib.Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi bildirib ki, Cıdır düzü sıradan turizm məkanı deyil və bu ərazi Azərbaycan xalqının tarixi yaddaşı və milli kimliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, qayaların, daşların və digər təbii səthlərin üzərinə ad, tarix və müxtəlif yazıların həkk olunması və ya boya ilə yazılması yolverilməzdir.Ekspert qeyd edib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi üçün xüsusi olaraq müəyyən edilmiş məkanlardan istifadə olunmalıdır. Cıdır düzünün isə memorial və ya qraffiti məkanına çevrilməməsi, ərazinin öz tarixi və təbii görünüşünün qorunması vacibdir.Samir Dübəndinin fikrincə, bu istiqamətdə ziyarətçi mədəniyyətinin formalaşdırılması mühüm rol oynayır. O, turistlərə səfərdən əvvəl davranış qaydalarının izah edilməsini, bələdçilərin məlumatlandırıcı fəaliyyətini, xəbərdarlıq nişanlarının və QR-kod vasitəsilə qaydaların təqdim olunmasını təklif edib.Ekspert həmçinin həssas ərazilərdə mütəmadi patrul və müşahidənin, zəruri hallarda videomüşahidənin və vahid monitorinq sisteminin tətbiqini vacib sayıb. O vurğulayıb ki, əsas məqsəd pozuntudan sonra cəza tətbiq etmək deyil, ziyarətçilərdə əvvəlcədən məsuliyyətli davranış formalaşdırmaqdır.Samir Dübəndi bildirib ki, Şuşaya səfər yalnız turizm deyil, həm də mədəni məsuliyyət daşıyır. Onun sözlərinə görə, turist sayının artması ilə yanaşı, təbiətə və mədəni irsə düşən yük də nəzərə alınmalı, “daha çox turist” yanaşması “daha məsuliyyətli turist” prinsipi ilə tamamlanmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lavrov: Almaniya yenidən müharibə istəyir

Next Article

Sahibə Qafarova ABŞ-a səfər edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MEMİM-dən ana dili ilə bağlı yeni təşəbbüs

Aysel Əlibəyli 09 İyun 2026 · 15:11 1146 baxış Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” adlı yeni layihəyə start verir. Elpress.az xəbər verir […]

Səməd Vurğunun 120 illiyinə xüsusi elektron baza yaradıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:14 1132 baxış Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş elektron məlumat bazası istifadəyə verilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, […]

Şəkidən beynəlxalq diplomatiyaya uzanan uğur yolu

Aysel Əlibəyli 06 İyun 2026 · 09:05 1152 baxış Azərbaycanın Şəki şəhərində doğulan Aysun Tanrıverdiyeva bu gün təhsilini Qazaxıstanda davam etdirərək beynəlxalq münasibətlər sahəsində gələcəyini qurur. O, Y.A.Buketov adına Karaqanda Milli Tədqiqat Universitetində beynəlxalq münasibətlər […]

Angela Merkelin aylarla gizli hazırlanan portreti təqdim olundu

Aysel Əlibəyli 03 İyul 2026 · 16:48 1124 baxış Almaniyanın keçmiş kansleri Angela Merkel üçün aylarla davam edən məxfi yaradıcılıq prosesi nəticəsində hazırlanan yeni portret ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata […]