--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

BDU və Daşkənd Universiteti arasında təhsil əməkdaşlığı gücləndirilir

Aysel Əlibəyli 18 İyun 2026 · 18:34 1198 baxış

Bakı Dövlət Universiteti ilə Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında təhsil və elmi əməkdaşlığın inkişafını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.Sənəd iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin genişləndirilməsini, birgə layihələrin həyata keçirilməsini və elmi fəaliyyətin inkişaf etdirilməsini əhatə edir. Memoranduma əsasən, universitetlər arasında konfranslar, seminarlar, sərgilər, simpoziumlar, qısamüddətli kurslar və müxtəlif təlimlərin təşkili, eləcə də ortaq elmi-tədqiqatların aparılması planlaşdırılır.Razılaşmada həmçinin elmi jurnallarda birgə nəşrlərin hazırlanması, ortaq akademik proqramların, tədris planlarının və sillabusların yaradılması, müəllim, tələbə, magistrant, doktorant və tədqiqatçı mübadiləsinin təşkili kimi istiqamətlər də yer alıb.Memorandum BDU-nun rektoru Elçin Babayev və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru Şuhrat Sirojiddinov tərəfindən imzalanıb.Qeyd olunub ki, Özbəkistanın bu universiteti “QS Dünya Universitetləri Fənlər üzrə Reytinqi”nin 2026-cı il göstəricilərinə əsasən 251–300-cü yerlər aralığında qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tur adı ilə dələduzluqda şübhəli bilinən qadın beynəlxalq axtarışa verildi

Next Article

Moskva NATO-Ermənistan hərbi təlimlərinə münasibət bildirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda beynəlxalq rəqs konfransı keçirildi

Aysel Əlibəyli 29 Oktyabr 2026 · 20:40 1068 baxış Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan, Rusiya və Çindən olan mütəxəssislərin iştirakı ilə beynəlxalq elmi-praktik konfrans təşkil olunub. Elpress.az xəbər verir ki, oktyabrın 28-də keçirilən tədbir Bakı Xoreoqrafiya […]

Mehriban Əliyeva Devid Qarrettin Bakıda möhtəşəm şousunu izləyib

Aysel Əlibəyli 04 Noyabr 2026 · 22:39 1030 baxış Bakıda dünyaşöhrətli skripkaçı Devid Qarrettin iştirakı ilə xüsusi musiqi gecəsi keçirilib. Klassik musiqi ilə müasir səhnə üslubunu bir araya gətirən konsert tamaşaçılara fərqli sənət təcrübəsi yaşadıb. […]

Ölüm, gəl tanış olaq… – İslam QƏRİBLİ

Aysel Əlibəyli 08 Avqust 2026 · 15:57 1110 baxış Şeirlərindəki ilk baxışda adi görünən deyimlərində böyük həqiqətlər gizlənən, çoxsəsli çağdaş Azərbaycan poeziyasında öz yeri, öz nəfəsi olan Əli Hacının qeyri-adi, ilk baxışda qəribə ad seçdiyi […]

Aqil Məlikovun səhhəti ağırlaşıb

Aysel Əlibəyli 30 İyul 2026 · 16:56 1096 baxış Muğam bilicisi Aqil Məlikov ürək əməliyyatına hazırlanır Elpress.az xəbər verir ki, Əməkdar incəsənət xadimi, muğam sənətinin tanınmış nümayəndəsi Aqil Məlikov səhhətində yaranan ciddi problemlərlə əlaqədar xəstəxanaya […]