--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Xameneinin dəfni ilə bağlı sensasiyalı iddia

Aysel Əlibəyli 05 İyul 2026 · 20:01 1118 baxış

İranın keçmiş ali dini lideri Əli Xameneinin dəfn mərasimi ərəfəsində mümkün izdiham və təhlükəsizlik riskləri ilə bağlı diqqətçəkən iddialar ortaya atılıb.

Elpress.az xəbər verir ki, İranın keçmiş ali dini lideri Əli Xameneinin dəfn mərasimi ilə bağlı xarici mediada diqqətçəkən iddialar yayılıb. Məlumatlara görə, mərasim zamanı yarana biləcək izdihamın ağır nəticələrə səbəb ola biləcəyi ehtimal edilir.İddialara əsasən, İran Qızıl Aypara Cəmiyyətinin ölkənin birinci vitse-prezidentinə ünvanladığı məxfi məktubda dəfn mərasimləri zamanı izdiham səbəbindən 1500-3000 nəfərin həyatını itirə biləcəyi ehtimalı qiymətləndirilib.Bildirilir ki, bu proqnozdan sonra İran hakimiyyəti mümkün fövqəladə halların qarşısını almaq məqsədilə xüsusi əməliyyat qrupu yaradıb. Həmçinin Tehran yaxınlığındakı Beheşt-e Zəhra qəbiristanlığında minlərlə yeni məzarın hazırlandığı da iddia olunur.“Die Welt” nəşrinin istinad etdiyi Tehran şəhər administrasiyasının əməkdaşının sözlərinə görə, aidiyyəti qurumlara mərasim zamanı 3000 nəfərə qədər ölüm halının baş verə biləcəyi barədə xəbərdarlıq edilib. Mənbə bu ehtimalı gözlənilən böyük izdiham və yüksək hava temperaturu ilə əlaqələndirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xəyanətə boyun əyməyən patriarxın məşhur tablosu

Next Article

“Fənərbaxça” Mert Hakanla müqaviləni yenilədi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Finlandiyada nüvə silahı ehtimalı gündəmdə

Aysel Əlibəyli 29 İyun 2026 · 12:33 1176 baxış Finlandiyanın yeni addımı Rusiyanın diqqətində: NATO-nun nüvə çəkindirmə planları genişlənir Elpress.az-ın məlumatına əsasən, NATO-nun Rusiya sərhədlərinə yaxın bölgələrdə hərbi imkanlarını artırması ilə bağlı müzakirələr davam edir. […]

Tramp: İranla bağlı qərarlarda həlledici mərhələdir

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:43 1078 baxış ABŞ Prezidenti Tehranla bağlı bir neçə mümkün addımın nəzərdən keçirildiyini açıqlayıb Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı gələcək qərarların qəbulunda həlledici mərhələyə […]

Türkiyədə meşə yanğınları davam edir

Aysel Əlibəyli 18 İyul 2026 · 16:22 1094 baxış İzmir və Kütahyada meşə yanğınları ilə mübarizə aparılır Elpress.az xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrində davam edən meşə yanğınlarının söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.İzmirin Narlıdərə […]