--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Əcəmi Naxçıvani haqqında filmin çəkilişləri başa çatıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:10 1054 baxış

Memarın 900 illiyinə həsr olunan bədii-sənədli ekran əsəri postprodakşn mərhələsinə keçib

Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Kino Agentliyinin həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində hazırlanan növbəti ekran əsərinin çəkilişləri tamamlanıb.Dövlət sifarişi əsasında “Şahdağ Film” tərəfindən lentə alınan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filmi görkəmli memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunub.Filmin ərsəyə gətirilməsi Azərbaycan Prezidentinin Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi ilə bağlı müvafiq Sərəncamına əsaslanır.Ekran əsərinin çəkilişləri “Azərbaycanfilm” Kinostudiyası ilə yanaşı, Gəncə şəhərində, Qaradağ rayonunda və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində aparılıb.Hazırda film postprodakşn mərhələsindədir. Bu mərhələdə ekran əsərinin montajı, səs və digər texniki işlərinin tamamlanması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tramp Karolin Levittlə bağlı zarafat edib

Next Article

Bakıda 27 yaşlı gənc bıçaqlanaraq öldürülüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağın izi – sənətdə yaşayan dəyərlər”

Aysel Əlibəyli 14 May 2026 · 10:40 1139 baxış Xankəndidə “Qarabağın izi – sənətdə yaşadılan dəyərlər” adlı sərgi təşkil olunub. Qarabağ Universitetində “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” adlı təqdimat və sərgi təşkil edilib.Xankəndi şəhəri […]

MEMİM-dən ana dili ilə bağlı yeni təşəbbüs

Aysel Əlibəyli 09 İyun 2026 · 15:11 1132 baxış Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” adlı yeni layihəyə start verir. Elpress.az xəbər verir […]

Niyazinin doğum günüdür: Azərbaycan dirijorluq məktəbinin banisi

Aysel Əlibəyli 20 Avqust 2026 · 09:42 1052 baxış Bu gün dünya şöhrətli dirijor və bəstəkar Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 114-cü ildönümüdür. Elpress.az xəbər verir ki, Niyazi Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayıb. O, […]

İan Peart vəfat edib

Aysel Əlibəyli 25 İyul 2026 · 14:46 1086 baxış Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına mühüm töhfələr vermiş İan Peart dünyasını dəyişib. Elpress.az xəbər verir ki, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması istiqamətində uzun illər fəaliyyət göstərən İan Peart […]