--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Muzey Mərkəzində “Sənin adın nədir?” adlı gənc rəssamların sərgisi açılıb

Aysel Əlibəyli 05 Avqust 2026 · 12:45 1056 baxış

Muzey Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılış mərasimi keçirilib.

Elpress.az xəbər verir ki, tədbirdə Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək sərginin əsas məqsədinin gənc rəssamların yaradıcılıq axtarışlarını dəstəkləmək və onların ilk peşəkar sərgi təcrübəsini qazanmalarına şərait yaratmaq olduğunu bildirib.Sərgidə 67 gənc rəssamın rəngkarlıq, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət, instalyasiya və video-art sahələrini əhatə edən əsərləri nümayiş etdirilir.

Xalq rəssamları Arif Hüseynov və Ömər Eldarov gənc sənətçilərə uğurlar arzulayıblar. Tədbirdə iştirak edən gənc rəssam Nərmin İsmayılova isə sərgidə təqdim olunan “Ah, gözələm mən” adlı əsəri barədə məlumat verərək, onun cəmiyyətə fərqli baxış bucağı təqdim etdiyini qeyd edib.

Qeyd edək ki, “Sənin adın nədir?” sərgisi sentyabrın 3-dək ziyarətçilər üçün açıq olacaq

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məmmədnağı Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinin müavini təyin edilib

Next Article

Xalq artisti Sərvər Qəniyevin xatirəsi anılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəkidən beynəlxalq diplomatiyaya uzanan uğur yolu

Aysel Əlibəyli 06 İyun 2026 · 09:05 1132 baxış Azərbaycanın Şəki şəhərində doğulan Aysun Tanrıverdiyeva bu gün təhsilini Qazaxıstanda davam etdirərək beynəlxalq münasibətlər sahəsində gələcəyini qurur. O, Y.A.Buketov adına Karaqanda Milli Tədqiqat Universitetində beynəlxalq münasibətlər […]

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq sərgisi təqdim olundu

Elşən 07 May 2026 · 16:18 1106 baxış BMT-nin Cenevrə Ofisində MAMA “Ana təbiət” adlı beynəlxalq incəsənət layihəsinin təqdimatı keçirilib. Elpress.az-ın Yeniçağ-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı […]

İşə gecikdiyi üçün həbs olunan Azərbaycan rəssamı kim idi?

Aysel Əlibəyli 29 İyun 2026 · 12:40 1134 baxış Cavad Mircavadovun qeyri-adi həyat yolu: 15 yaşında başlayan rəssamlıq macərası Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri olan Cavad Mircavadovun həyat […]

Şuşada DOST Evi benefisiarları üçün xüsusi tədbir keçirilib

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:38 1038 baxış “Şuşada bir gün” proqramında sərgi, master-klas və ekskursiyalar təşkil olunub Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf […]