--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İncəsənət məktəblərinə işə qəbul imtahanına 1350 namizəd qatılacaq

Aysel Əlibəyli 06 Avqust 2026 · 10:23 1062 baxış

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçiriləcək.

Elpress.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.Bildirilib ki, imtahan avqustun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor, direktor müavini, həmçinin Azərbaycan və Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirliklərinin tabeliyindəki incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələrinə işə qəbul məqsədilə təşkil olunacaq.İmtahanda iştirak edəcək namizədlər DİM-in rəsmi internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, ünvan, zal, başlanma vaxtı və digər zəruri məlumatlar əks olunub.Məlumata görə, imtahanda iştirak etmək üçün ümumilikdə 1350 namizəd qeydiyyatdan keçib. Onlardan 121 nəfər direktor və direktor müavini, 1229 nəfər isə müəllim vəzifəsi üzrə imtahan verəcək.Namizədlər imtahan qaydaları ilə bağlı “Yaddaş kitabçası” vasitəsilə də tanış ola bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ceyhun Bayramov Ukraynaya rəsmi səfərə gedib

Next Article

Tərtərdə yaşayış evində yanğın: ər-arvad həyatını itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Eşitmə məhdudiyyətlilər üçün dövlətlə birgə layihələr həyata keçirilir

Aysel Əlibəyli 04 İyun 2026 · 18:27 1182 baxış Dövlət qurumları ilə ictimai təşkilatların birgə həyata keçirdiyi layihələr eşitmə məhdudiyyətli insanların məlumatlılığının artırılmasına, onların sosial həyatda daha fəal iştirakına və cəmiyyətə inteqrasiyasının gücləndirilməsinə mühüm töhfə […]

Həsən Həsənov: Azərbaycan–Macar söz qohumluğu sübut olunub

Aysel Əlibəyli 10 İyun 2026 · 21:53 1128 baxış Kitab qədim macar və türk xalqlarının birliyinə və dillərinin ortaq köklərinə əsaslanır; zamanla yaranan fərqlərə baxmayaraq, müəllif bu iki dilin qədim yaxınlığını yenidən üzə çıxarmağa çalışır. […]

Görkəmli şair Çingiz Əlioğlu vəfat edib

Aysel Əlibəyli 09 Avqust 2026 · 17:28 1062 baxış Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan görkəmli şair Çingiz Əlioğlu vəfat edib. Elpress.az xəbər verir ki, şairin vəfatı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Xəbər ədəbiyyat və […]