--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Gənc xilasedici” beynəlxalq yarışında Azərbaycan birinci oldu

Aysel Əlibəyli 04 İyul 2026 · 23:01 1138 baxış

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” XII beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” XIII ümumrespublika birinciliyinin qalibləri mükafatlandırılıb.

Elpress.az xəbər verir ki, Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan mərasimdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, digər rəsmi şəxslər, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və övladları iştirak ediblər.

Yarış iştirakçıları “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi” mərhələlərində, həmçinin “Mənim ölkəm, mənim komandam” müsabiqəsində bacarıqlarını nümayiş etdiriblər.

Yekun nəticələrə əsasən, beynəlxalq yarışın qalibi Azərbaycan komandası olub. Özbəkistan ikinci, Belarus isə üçüncü yeri tutub. Ümumrespublika birinciliyində isə İsmayıllı komandası birinci, Naxçıvan Muxtar Respublikası ikinci, Qusar komandası isə üçüncü pillədə qərarlaşıb.

Qaliblərə kubok, medal və diplomlar təqdim olunub, yarışın fərqlənən iştirakçıları müxtəlif mükafatlarla təltif ediliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Arzum işi yenidən gündəmdə: Qəzada ölən Amal Məlikovun keçmişi ilə bağlı sənədlər yayıldı

Next Article

Livanda ölənlərin sayı 4303-ə yüksəldi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:21 1094 baxış Qurultayda türk dövlətlərinin musiqi sahəsində birgə layihələri müzakirə olunub Elpress.az xəbər verir ki, XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı […]

Lətif Kərimovun 120 illiyi Vyanada qeyd olundu

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 16:41 1040 baxış Görkəmli xalçaçı-rəssam və Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyi münasibətilə Avstriyanın paytaxtı Vyanada Azərbaycan xalçalarından ibarət xüsusi sərgi təşkil olunub. Elpress.az xəbər verir ki, Azərbaycan […]