--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:21 1156 baxış

Qurultayda türk dövlətlərinin musiqi sahəsində birgə layihələri müzakirə olunub

Elpress.az xəbər verir ki, XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib.Azərbaycan Bəstəkarlar İttifaqında təşkil olunan tədbirdə türk dövlətlərindən olan bəstəkar təşkilatlarının rəhbərləri, musiqişünaslar, mədəniyyət və ictimaiyyət nümayəndələri, eləcə də media əməkdaşları iştirak ediblər.Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında qurultayın türk dünyasının yaradıcı potensialını bir araya gətirmək, gənc bəstəkarları dəstəkləmək və ortaq musiqi irsinin təbliğinə töhfə vermək baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, tədbir yeni yaradıcılıq ideyalarının və əsərlərin meydana gəlməsinə, uzunmüddətli əməkdaşlıqların qurulmasına imkan yarada bilər.Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə Türk dünyası bəstəkarlarını və musiqi sənətçilərini bir araya gətirəcək ortaq təşkilati strukturun yaradılmasının vacibliyini qeyd edib. O, xüsusilə akademik və ciddi musiqi əsərlərinin beynəlxalq səviyyədə tanıdılmasının əsas hədəflərdən biri olduğunu bildirib.Tədbirdə Türk dünyasının müasir musiqi kataloqunun hazırlanması, bəstəkar əsərlərinin beynəlxalq səviyyədə tanıdılması, nəşriyyatlar, festivallar, studiyalar və peşəkar agentliklərlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev ölkəsində son illərdə Azərbaycan musiqiçilərinin iştirakı ilə çoxsaylı konsertlərin keçirildiyini qeyd edib. O, iki ölkənin bəstəkar və ifaçıları arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib.Tədbirdə həmçinin mədəniyyətin xalqlar arasında əlaqələrin gücləndirilməsində rolu, musiqi irsinin qorunması və yaradıcı əməkdaşlığın genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.Qurultay çərçivəsində türk dövlətlərinin musiqi sahəsində ortaq layihələri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türk Dövlətləri Təşkilatının artan rolu: Azərbaycan üçün türk dünyasının strateji əhəmiyyəti

Next Article

Ankara Universitetində Əhməd bəy Ağaoğlunun barelyefi açılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda beynəlxalq rəqs konfransı keçirildi

Aysel Əlibəyli 29 Oktyabr 2026 · 20:40 1070 baxış Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan, Rusiya və Çindən olan mütəxəssislərin iştirakı ilə beynəlxalq elmi-praktik konfrans təşkil olunub. Elpress.az xəbər verir ki, oktyabrın 28-də keçirilən tədbir Bakı Xoreoqrafiya […]

MEK-də Silahlı Qüvvələr Gününə həsr olunan sərgi keçirilib

Aysel Əlibəyli 25 İyun 2026 · 16:27 1202 baxış Milli Elmi Kitabxanada Azərbaycan Ordusunun tarixi və qəhrəmanlıq salnaməsini əks etdirən xüsusi sərgi təşkil olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında 26 İyun – […]

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 17:38 1088 baxış Azərbaycanda arxeoloji irsin qorunması və tarixi ərazilərin mühafizəsi istiqamətində yeni addım atılıb. Prezident İlham Əliyev “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması ilə bağlı sərəncam imzalayıb. Elpress.az […]