--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Sabahdan güclü külək: Bakıya və bölgələrə hava xəbərdarlığı edildi

Aysel Əlibəyli 26 İyul 2026 · 18:04 1102 baxış

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də gözlənilən küləkli hava şəraiti ilə əlaqədar ölkə ərazisinin bir hissəsi üçün sarı və narıncı xəbərdarlıq elan edib.

Elpress.az xəbər verir ki, xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında, eləcə də Mingəçevir, Ağstafa, Qazax, Tovuz, Gəncə, Daşkəsən, Goranboy, Qobustan, Neftçala, Hacıqabul, Naftalan, Xaçmaz, Qusar və Şabran rayonlarında şimal-qərb küləyinin sürətinin 20,8–28,4 m/s-dək güclənəcəyi gözlənilir. Bu ərazilər üçün narıncı xəbərdarlıq qüvvədə olacaq.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası, Gədəbəy, Göygöl, Şəmkir, Samux, Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Quba, Siyəzən, Xızı, Altıağac, İmişli, Şirvan, Beyləqan, Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Lənkəran və Astara rayonlarında isə küləyin sürətinin 13,9–20,7 m/s arasında dəyişəcəyi proqnozlaşdırılır. Bu bölgələr üzrə sarı xəbərdarlıq verilib.

Mütəxəssislər vətəndaşlara güclü küləkli hava şəraiti ilə əlaqədar ehtiyatlı olmağı, zərurət olmadıqca açıq ərazilərdə uzun müddət qalmamağı və təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyevin Almaniya səfəri strateji əməkdaşlığa yeni imkanlar açdı

Next Article

İran Ukraynaya sərt xəbərdarlıq etdi: “Bu hücum cavabsız qalmayacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu gün dünyada Sülh Günü qeyd edilir

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 08:15 1108 baxış Elpress.az xəbər verir ki, bu gün – 21 sentyabr tarixi bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Beynəlxalq Sülh Günü ilk dəfə 1981-ci ildə BMT […]

Xarici saytlara kiberhücum edən iki gənc saxlanılıb

Aysel Əlibəyli 08 Avqust 2026 · 14:58 1072 baxış DİN-dən kiberəməliyyat: 2400-dən çox xarici veb-saytın serverlərinə müdaxilə edən iki gənc tutulub Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində […]

Binə və Nardaranın bəzi ərazilərində qaz olmayacaq

Aysel Əlibəyli 11 Avqust 2026 · 08:44 1072 baxış Elpress.az xəbər verir ki, bu gün Binə və Nardaran qəsəbələrinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 11-də saat […]