--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

AzTU-da beynəlxalq müsabiqə: qalibə Berlin imkanı

Aysel Əlibəyli 03 İyul 2026 · 21:27 1174 baxış

Elpress.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) və Alman Akademik Mübadilə Xidmətinin birgə təşkilatçılığı ilə universitetdə “Falling Walls Lab” beynəlxalq müsabiqəsi keçirilib.

Tədbirin açılışında çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, belə beynəlxalq layihələr gənc alim və tədqiqatçıların innovativ ideyalarının dünya səviyyəsində tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Müsabiqəyə bu il 150-yə yaxın müraciət daxil olub. Seçim mərhələsini uğurla keçən iştirakçılar müxtəlif ali təhsil müəssisələrini və elmi-tədqiqat qurumlarını təmsil edən 18 layihə ilə final mərhələsində çıxış edərək ideyalarını üç dəqiqə ərzində təqdim ediblər. Layihələr innovativlik, praktik əhəmiyyət, təqdimat bacarığı və auditoriyaya təsir kimi meyarlar əsasında qiymətləndirilib.Yekunda Bakı Ali Neft Məktəbinin tədqiqatçısı Aytac Süleymanzadə “Breaking Walls of Volatile Batteries” (“Dəyişkən batareyalar üçün həll”) layihəsi ilə müsabiqənin Azərbaycan üzrə qalibi elan olunub.Yeni nəsil elektrolitlərin hazırlanmasını nəzərdə tutan layihə batareyaların təhlükəsizliyinin, istismar müddətinin və səmərəliliyinin artırılmasına yönəlib.

Aytac Süleymanzadə noyabr ayında Berlində keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zaqatalada ağır qəza: 4 nəfər yaralandı

Next Article

Fransa Hörmüz boğazına hərbi qüvvə göndərdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kanadada Anım Günü: şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 21:58 1058 baxış Kanadanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar 27 Sentyabr – Anım Günü münasibətilə Vətən uğrunda həyatını itirən şəhidlərimizin xatirəsini yad ediblər. Elpress.az xəbər verir ki, Toronto şəhərindəki Azərbaycan […]

Pakistanın Bakıdakı səfirliyində yeni konsul

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:09 1056 baxış Rubab Kazmi mətbuat və mədəniyyət işləri üzrə konsul vəzifəsinə təyin edilib Elpress.az xəbər verir ki, Pakistanın Azərbaycandakı səfirliyində mətbuat və mədəniyyət sahələri üzrə yeni konsul fəaliyyətə […]