--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycanda Ebola xəstəliyi endemik sayılmır, yayılma riski isə aşağıdır.

Aysel Əlibəyli 01 İyun 2026 · 14:41 1150 baxış

Ebola xəstəliyi Azərbaycanda endemik xəstəlik sayılmır və hazırkı şəraitdə ölkədə onun yayılma ehtimalı aşağı qiymətləndirilir.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Ebola xəstəliyi əsasən Afrika qitəsinin müəyyən ərazilərində müşahidə olunur və lokal xarakter daşıyır.Mərkəzdən verilən məlumata görə, beynəlxalq məlumatlar epidemiyanın digər bölgələrə geniş şəkildə yayılması riskinin hazırda məhdud olduğunu göstərir. Qeyd edilib ki, virus meyvə yarasaları, insanabənzər meymunlar kimi heyvanlarla, həmçinin yoluxmuş şəxslərin qanı və digər bioloji mayeləri ilə yaxın təmas nəticəsində ötürülür və gündəlik sosial əlaqələr vasitəsilə yayılmır. Bu səbəbdən əhali üçün epidemioloji təhlükənin aşağı səviyyədə olduğu vurğulanıb.Bildirilib ki, ölkədə mümkün risklərin qarşısını almaq məqsədilə epidemioloji nəzarət tədbirləri fasiləsiz davam etdirilir. Riskli ölkələrdən gələn və ya yoluxmuş şəxslərlə təmasda olmuş insanlar tibbi müşahidəyə cəlb edilir. Xəstəliyə şübhə yarandıqda isə laborator analizlərin aparılması üçün Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində lazımi laborator imkanlar və test sistemləri mövcuddur.Həmçinin qeyd olunub ki, hazırkı vəziyyətdə əhali üçün əlavə məhdudiyyətlərin tətbiqinə və ya xüsusi tədbirlərin görülməsinə ehtiyac yoxdur. Vətəndaşlara beynəlxalq səfərlər zamanı gigiyena qaydalarına əməl etmək və rəsmi məlumat mənbələrini izləmək tövsiyə edilir.Nazirlik vəziyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində davamlı nəzarətdə saxlayır və zərurət yaranacağı təqdirdə ictimaiyyətə operativ məlumat veriləcəyini bildirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ebola xəstəliyindən sağalan 5 nəfərin vəziyyəti ÜST tərəfindən mühüm irəliləyiş kimi dəyərləndirilib.

Next Article

1 İyun tədbiri çərçivəsində Xankəndidə 310 uşağın sağlamlıq vəziyyəti həkimlər tərəfindən yoxlanıldı.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağstafada ağır qəza: ölən var

Aysel Əlibəyli 26 İyul 2026 · 21:33 1098 baxış Ağstafada baş verən ağır yol qəzasında bir nəfər ölüb, bir nəfər ağır yaralanıb Elpress.az xəbər verir ki, Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza […]

Avtobus zolağında qəza: Sürücülər qaydanı pozdu

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 11:11 1090 baxış Elpress.az xəbər verir ki, Bakıda avtobusların hərəkət etdiyi zolağa qəfil daxil olan avtomobillər qəza şəraitinin yaranmasına səbəb olub. Belə ki, bəzi sürücülərin avtobus zolağına nəzarətsiz şəkildə […]