Elpress.az xəbər verir ki, Bakıda avtobusların hərəkət etdiyi zolağa qəfil daxil olan avtomobillər qəza şəraitinin yaranmasına səbəb olub.
Belə ki, bəzi sürücülərin avtobus zolağına nəzarətsiz şəkildə keçməsi və nəqliyyat vasitələri arasında lazımi ara məsafəsini saxlamaması nəticəsində bir neçə qəza baş verib.Hadisələrin anbaan görüntüləri ərazidə nəqliyyat hərəkətinin təhlükəsizliyinə riayət edilməsinin vacibliyini bir daha göstərir.
Sürücülərin zolaq dəyişərkən diqqətli olması və ara məsafəsini qoruması həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından vacibdir.


