--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

1 İyun tədbiri çərçivəsində Xankəndidə 310 uşağın sağlamlıq vəziyyəti həkimlər tərəfindən yoxlanıldı.

Aysel Əlibəyli 01 İyun 2026 · 14:45 1152 baxış

Böyük Qayıdış’ Dövlət Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xankəndi şəhərində yaşayan uşaqlar üçün səyyar tibbi müayinə aksiyası təşkil edib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Təşəbbüsün əsas məqsədi azad olunmuş ərazilərə qayıdan ailələrin övladlarının keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını artırmaq və onların sağlam böyüməsinə dəstək vermək olub. Aksiya çərçivəsində Elmi-Tədqiqat Pediatriya İnstitutunun təcrübəli pediatr, nevroloq, kardioloq, endokrinoloq, oftalmoloq, otorinolarinqoloq və digər ixtisaslı həkimlərdən ibarət komandası uşaqları hərtərəfli müayinə edib. Müayinələr zamanı uşaqların sağlamlıq vəziyyəti dəyərləndirilib, profilaktik baxışlar aparılıb, zərurət yarandıqda laborator və instrumental yoxlamalar həyata keçirilib.Müayinə nəticəsində müəyyən edilən xəstəlik və sağlamlıq problemləri barədə valideynlərə ətraflı məlumat verilib, onlara fərdi tibbi tövsiyələr təqdim olunub. Eyni zamanda, ehtiyac olan hallarda uşaqların ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilməsi və sonrakı tibbi nəzarətin təşkili təmin edilib.Aksiya çərçivəsində valideynlərlə maarifləndirici görüşlər də keçirilib. Görüşlər zamanı uşaqların düzgün qidalanması, peyvəndlənmənin əhəmiyyəti, mövsümi xəstəliklərdən qorunma yolları, sağlam həyat tərzi və psixoloji inkişaf kimi mövzular ətrafında geniş məlumat verilib.Tibbi baxışlara ümumilikdə 310-a yaxın uşaq cəlb olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda Ebola xəstəliyi endemik sayılmır, yayılma riski isə aşağıdır.

Next Article

MTN-nin generalı dünyasını dəyişib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

9-cu sinif təkrar imtahanlarının nəticələri açıqlandı

Aysel Əlibəyli 30 İyun 2026 · 18:16 1104 baxış Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9 illik orta təhsil səviyyəsi üzrə təkrar imtahanların nəticələri artıq elan olunub. İmtahanda iştirak edən şagirdlər öz nəticələri ilə müəyyən edilmiş […]

Qəbul imtahanında 4 abituriyent maksimum – 400 bal topladı

Aysel Əlibəyli 17 İyul 2026 · 17:34 1088 baxış Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 5-də keçirilmiş qəbul imtahanının ən yüksək nəticələrini açıqlayıb. Məlumata görə, imtahanda ümumilikdə dörd abituriyent maksimal […]

Bakıda Formula 1 küçələrində hərəkət bərpa olunub

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 16:23 1090 baxış Qran-pridən sonra mərkəzi küçələr sürücülərin istifadəsinə verilib Elpress.az xəbər verir ki, Formula 1 Azərbaycan Qran-prisi 2026 başa çatdıqdan sonra Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti […]