--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Qara dənizdə azərbaycanlıların olduğu gəmi batdı: 1 nəfər öldü, 3 nəfər itkin düşdü

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 16:12 1014 baxış

Rumıniya sahilləri yaxınlığında Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu yük gəmisinin batması ilə nəticələnən insident baş verib. Hadisədən sonra dənizdə axtarış-xilasetmə əməliyyatı başladılıb.

Elpress.az xəbər verir ki, “Khoryv” adlı, Komor adalarının bayrağı altında üzən gəmi Rumıniyanın Konstansa limanından təxminən 13 dəniz mili məsafədə batıb. Gəmidə 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olmaqla ümumilikdə 13 nəfər olub.

Məlumata görə, hadisə zamanı bir nəfərin meyiti tapılıb, üç nəfər itkin düşüb, doqquz nəfər isə xilas edilib. Həlak olan şəxsin vətəndaşlığı hələ açıqlanmayıb.

İlkin məlumatlarda gəminin dron hücumuna məruz qaldığı, bundan sonra göyərtədə yanğın baş verdiyi bildirilir. Lakin insidentin dəqiq səbəbi hələlik rəsmən təsdiqlənməyib.

Gəmidən yerli vaxtla saat 10:00 radələrində təhlükə siqnalı daxil olub. Rumıniyanın müvafiq qurumları xilasetmə tədbirlərinə başlayıb. Axtarışlar davam edir, lakin əlverişsiz hava şəraiti əməliyyatları çətinləşdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabiq məmurların cəzası azaldıldı: 8 gün sonra azadlığa çıxa bilərlər

Next Article

JONY-nin nadir genetik xəstəliyə tutulduğu iddia olunur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sahədə soğan yığarkən həyatını itirdi

Aysel Əlibəyli 25 İyul 2026 · 14:42 1086 baxış Ağdamda soğan yığımı zamanı halı pisləşən qadın hadisə yerində ölüb. Elpress.az xəbər verir ki, Ağdam rayonunda bədbəxt hadisə baş verib. Hadisə Mərzili kəndi ərazisində qeydə alınıb. […]

Turizm şirkətinin rəhbəri dələduzluqda ittiham olunur

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 17:00 1048 baxış Xaricdə işə düzəltmək vədi ilə şəxslərdən pul aldığı iddia edilən şəxsin məhkəməsi başlayır Elpress.az xəbər verir ki, Turizm şirkətinin rəhbəri Tural Abbasovun xaricdə işə düzəltmək və […]

Lerik-Lənkəran sərhədində zəlzələ

Aysel Əlibəyli 10 Avqust 2026 · 16:52 1062 baxış Lerik-Lənkəran sərhədində 3 bal gücündə yeraltı təkan qeydə alınıb Elpress.az xəbər verir ki, Lerik və Lənkəran rayonlarının sərhəd ərazisində zəlzələ baş verib.Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına […]