--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ebola xəstəliyindən sağalan 5 nəfərin vəziyyəti ÜST tərəfindən mühüm irəliləyiş kimi dəyərləndirilib.

Aysel Əlibəyli 31 May 2026 · 19:17 1166 baxış

ÜST Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxmuş 5 nəfərin sağalmasını mühüm irəliləyiş kimi dəyərləndirib.

Al Jazeera-nın məlumatına görə, ÜST rəhbəri Tedros Adanom Qebreyesus Konqonun şərqindəki Bunia şəhərinə səfəri zamanı nadir Bundibuqyo Ebola ştammına yoluxmuş 5 xəstənin sağalmasını epidemiyaya qarşı mübarizədə ümidverici və mühüm irəliləyiş kimi qiymətləndirib.Eyni zamanda Bunia şəhərində yeni Ebola müalicə mərkəzinin fəaliyyətə başlaması yoluxmaların daha tez aşkarlanması və effektiv müalicənin təmin edilməsi baxımından mühüm addım kimi qeyd olunur.Bununla belə, ÜST epidemiyanın hələ də ciddi təhlükə yaratdığını vurğulayır. Son məlumatlara görə, Konqo Demokratik Respublikası və qonşu Uqandada yüzlərlə şübhəli yoluxma halı qeydə alınıb, 220-dən çox insanın isə həyatını itirdiyi ehtimal edilir. Səhiyyə sisteminin zəifliyi, münaqişələr və təhlükəsizlik problemləri virusun yayılmasına qarşı mübarizəni çətinləşdirir.ÜST rəhbəri əlavə edib ki, xəstələrin sağalması sevindirici olsa da, epidemiyanın tam nəzarətə alınması üçün beynəlxalq əməkdaşlıq və operativ tədbirlərin davam etdirilməsi vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ölkəyə idxal edilən avtomobillərin sayı azalma göstərdi.

Next Article

Azərbaycanda Ebola xəstəliyi endemik sayılmır, yayılma riski isə aşağıdır.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ Yaxın Şərq üçün yeni strategiya hazırlayır

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:57 1076 baxış Tramp administrasiyasının region siyasətini üç əsas istiqamət üzrə qurmağı planlaşdırdığı bildirilir Elpress.az xəbər verir ki, ABŞ administrasiyasının İranla müharibədən sonrakı dövr üçün Yaxın Şərq siyasətini müəyyənləşdirəcək […]

Tarixin ən ölümcül fırtınası

Aysel Əlibəyli 07 Avqust 2026 · 08:53 1086 baxış 1970-ci ilin dəhşətli Bholası: 500 minə yaxın insanın ölümünə səbəb olan və Banqladeşin müstəqilliyinə yol açan təbii fəlakət Elpress.az xəbər verir ki, 1970-ci ilin noyabr ayında […]

Möhsin Rezai yeni vəzifəyə təyin edildi

Aysel Əlibəyli 09 Avqust 2026 · 23:31 1092 baxış Keçmiş SEPAH komandanı İran Milli Təhlükəsizlik Ali Şurasının katibi oldu Elpress.az xəbər verir ki, İranın keçmiş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Möhsin Rezai Milli Təhlükəsizlik […]