--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Sabah hava 34 dərəcəyədək isinəcək

Aysel Əlibəyli 05 İyul 2026 · 19:44 1118 baxış

İyulun 6-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, havanın temperaturu isə 34 dərəcəyədək yüksələcək.

Elpress.az xəbər verir ki, İyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir buludlu olacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Sinoptiklərin məlumatına görə, paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə saatlarında 20-23, gündüz isə 29-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 55-65 faiz olacaq.Ölkənin rayonlarında isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə leysan xarakterli intensiv yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.Rayonlarda havanın temperaturunun gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Dağlıq ərazilərdə isə gecə 11-16, gündüz 18-23, bəzi yerlərdə isə 25-28 dərəcə isti proqnozlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şəmkirdə ağır qəza: bir nəfər öldü, bir nəfər yaralandı

Next Article

İflas edən aviaşirkətin təyyarələri səhrada saxlanılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bu gün ilin ən uzun günü yaşanır

Aysel Əlibəyli 21 İyun 2026 · 18:18 1174 baxış Elpress.az xəbər verir ki, iyunun 21-i saat 12:24-də Azərbaycanda astronomik yay fəsli başlayıb. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, bu tarixdə Şimal yarımkürəsində yay, Cənub […]

Bakıda bir sıra küçələrdə hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:01 1052 baxış Təmir işləri səbəbindən avqustun 14-dən paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılacaq Elpress.az xəbər verir ki, Bakının bir neçə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə […]

“Sea Breeze”də tarixi arena qurulur

Aysel Əlibəyli 26 May 2026 · 17:35 1220 baxış “Sea Breeze” kurort kompleksi yeni və böyük bir layihə ilə genişlənir. Kompleksin ərazisində 50 min tamaşaçı tutumuna malik “Dream Arena” adlı konsert məkanının inşa edilməsi nəzərdə […]