Elpress.az xəbər verir ki, Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtın mərkəzi hissəsində tətbiq olunan yol məhdudiyyətləri aradan qaldırılıb.
Yarış proqramının başa çatmasının ardından Bakı Şəhər Halqasının ərazisində quraşdırılmış müvəqqəti konstruksiyaların sökülməsinə başlanılıb və mərkəzi küçələr mərhələli şəkildə nəqliyyatın istifadəsinə qaytarılıb.Bəzi küçələrdə tətbiq edilən məhdudiyyətlər bu gün saat 00:00-dan etibarən başa çatıb. Saat 12:30-dan sonra isə Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, digər yollarda nəqliyyatın hərəkəti tam bərpa olunub.Qran-Pri günlərində paytaxtın mərkəzində nəqliyyatın hərəkətini asanlaşdırmaq məqsədilə bir sıra istiqamətlərdə tranzit dəhlizlər fəaliyyət göstərib.2026-cı ildə isə nəqliyyat imkanlarının genişləndirilməsi üçün yeni tranzit istiqaməti yaradılıb. Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində əlavə keçid təşkil edilib.


