--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

“Sea Breeze”də tarixi arena qurulur

Aysel Əlibəyli 26 May 2026 · 17:35 1230 baxış

“Sea Breeze” kurort kompleksi yeni və böyük bir layihə ilə genişlənir. Kompleksin ərazisində 50 min tamaşaçı tutumuna malik “Dream Arena” adlı konsert məkanının inşa edilməsi nəzərdə tutulur.

Elpress.az Azərtac-a istinadən verdiyi məlumata görə, “Sea Breeze”in təsisçisi Emin Ağalarov bu planı “Dream Fest” festivalına həsr edilmiş brifinqdə açıqlayıb.Ağalarov bildirib ki, yeni arena beynəlxalq musiqi tədbirlərini keyfiyyətcə yeni səviyyəyə daşıyacaq və dünya şöhrətli ifaçıların konsertlərinin müntəzəm olaraq burada keçirilməsinə şərait yaradacaq. Hazırda “Dream Fest” festivalının məkanı təxminən 10 min nəfərlik tutuma malikdir. Yeni arenaya keçidlə isə bu rəqəm 5 dəfə artacaq, tədbirlərin formatı da əhəmiyyətli dərəcədə genişlənəcək.”Dream Fest” gələcəkdə hazırda tikinti və planlaşdırma mərhələsində olan yeni meydançaya köçürüləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qubada qadının müəmmalı şəkildə itməsi ilə bağlı axtarış aparılır

Next Article

Leyla və Arzu Əliyevadan Lənkəranda könül oxşayan ziyarət

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ramiz İdrisoğluya yeni vəzifə verildi

Aysel Əlibəyli 06 İyul 2026 · 19:05 1098 baxış Dövlət Komitəsindən ayrıldı: Ramiz İdrisoğlu fəaliyyətini bu nazirlikdə davam etdirəcək Elpress.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kadr dəyişikliyi baş verib. Komitənin mətbuat katibi […]

Cuba ABŞ-nin mümkün hücum ehtimalına qarşı hazırlıq görür.

Aysel Əlibəyli 21 May 2026 · 23:03 1133 baxış Cuba rəhbərliyi ABŞ-dən gələ biləcək mümkün hərbi müdaxilə təhlükəsi səbəbindən ölkənin müdafiə gücünü gücləndirir. Elpress.az-ın Yenicag.az-a istinadən yaydığı xəbərə görə, bu barədə CNN məlumat yayıb.Mənbələrin sözlərinə […]