--:--:-- | 23 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi

Aysel Əlibəyli 05 İyul 2026 · 17:36 1054 baxış

Dövlət İmtahan Mərkəzi ölkənin müxtəlif şəhər və rayonlarında II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanını təşkil edib. İmtahanda on minlərlə abituriyent iştirak edib.

Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Quba və digər şəhər və rayonlar daxil olmaqla ümumilikdə 25 bölgədə təşkil olunub.İmtahan prosesinin operativ idarə olunması məqsədilə DİM-də qərargah fəaliyyət göstərib, bütün imtahan binaları ilə daimi əlaqə saxlanılıb və prosesin gedişinə nəzarət edilib. Qurumun məlumatına görə, imtahanlar bütün məntəqələrdə qaydalara uyğun keçirilib və iştirakçılar üçün lazımi şərait yaradılıb.Ümumilikdə 172 imtahan binası və 3074 zal ayrılıb. Prosesə 172 ümumi imtahan rəhbəri, 491 imtahan rəhbəri, 3808 nəzarətçi, 554 buraxılış rejimi əməkdaşı və 172 bina nümayəndəsi cəlb olunub.İmtahanda 41 min 622 abituriyentin iştirakı nəzərdə tutulub. Onların arasında 67 sağlamlıq imkanları məhdud şəxs də yer alıb. Bu iştirakçılar üçün xüsusi zallar ayrılıb, görmə məhdudiyyəti olan abituriyentlərə fərdi nəzarətçilər təyin edilib və hərəkət məhdudiyyətli şəxslərin rahatlığı üçün zəruri şərait yaradılıb.İlkin nəticələrə əsasən, 11 nəfərdə mobil telefon aşkar edildiyi üçün onlar imtahandan xaric olunublar. DİM bildirib ki, qayda pozuntusuna yol verən şəxslərin müsabiqə nəticələri ləğv edilir və onlar ixtisas seçiminə buraxılmırlar.Qurum qeyd edib ki, imtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması müəyyən vaxt tələb etdiyindən nəticələrin iki həftə ərzində elan olunması planlaşdırılır. İyulun 6-dan etibarən isə imtahan materiallarının emalına başlanılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xameneinin oğulları uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Next Article

Türkiyə naziri: Yeni dəmir yolu Azərbaycanla əlaqələri gücləndirəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İyul ayının pensiyaları ödənildi

Aysel Əlibəyli 23 İyul 2026 · 13:50 1038 baxış Respublika üzrə iyul ayının pensiya ödənişləri tam yekunlaşıb Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, respublika üzrə iyul ayının pensiya ödənişləri […]

Nərimanov Tibb Mərkəzinə yeni direktor təyin olunub

Aysel Əlibəyli 29 İyul 2026 · 10:46 1038 baxış Nərimanov Tibb Mərkəzində rəhbər vəzifəsinə yeni təyinat həyata keçirilib. Elpress.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı əmrə əsasən, Təranə Əmirxan qızı Quliyeva Nərimanov […]

BMU komandası nazirliyin proqramında birinci oldu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:10 1056 baxış Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət komanda Müdafiə Sənayesi Nazirliyinin elmi proqramında ən yüksək nəticəni əldə edib. Elpress.az xəbər verir ki , Bakı Mühəndislik Universitetinin (BMU) “Qırmızı […]

Azad edilmiş ərazilərdə Qurban bayramı sədaları

Aysel Əlibəyli 27 May 2026 · 13:22 1106 baxış Qurban bayramı münasibətilə işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların satışı və kəsimi üçün xüsusi xidmət məntəqələri təşkil edilib. Elpress.az-ın Azərbaycan Qida […]