Elpress.az xəbər verir ki, Azərbaycanda bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul qaydalarında dəyişiklik edilib.
Müvafiq qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.Yeni dəyişikliyə əsasən, qadınların hərbi xidmətə daxil olarkən bağladıqları ilk müqavilənin müddəti 3 ildən 6 aya endirilib.Əvvəlki qaydalara əsasən, həm hərbi xidmətə yeni daxil olanlar, həm ehtiyatdan xidmətə qayıdan şəxslər, həm də qadınlar üçün ilk bağlaşmanın müddəti 3 il təşkil edirdi.Yeni qərarla qadınlar üçün bu müddət əhəmiyyətli dərəcədə azaldılıb.
Ehtiyatdan və digər əsaslarla həqiqi hərbi xidmətə daxil olan şəxslər üçün isə 3 illik ilk müqavilə müddəti qüvvədə saxlanılıb.


