--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Türkiyə naziri: Yeni dəmir yolu Azərbaycanla əlaqələri gücləndirəcək

Aysel Əlibəyli 05 İyul 2026 · 17:40 1122 baxış

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, tikintisi davam edən Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsi regionda nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcək.

Elpress.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu tikintisi davam edən Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsinin Türkiyə, Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.Nazirin sözlərinə görə, bu layihə Türkiyə üçün strateji əhəmiyyət daşıyır və ölkənin nəqliyyat siyasətində prioritet istiqamətlərdən biri hesab olunur. O vurğulayıb ki, nəqliyyat layihələri təkcə infrastrukturun inkişafına deyil, həm də istehsalın, ixracın, məşğulluğun, regional inkişafın və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir.Abdulkadir Uraloğlu qeyd edib ki, son 24 il ərzində Türkiyənin nəqliyyat və infrastruktur sektoruna ümumilikdə 355 milyard dollar həcmində investisiya yatırılıb. Onun sözlərinə görə, bu investisiyalar ölkənin dəmir yolu sisteminin sürətli inkişafına ciddi təkan verib.Nazir bildirib ki, 2002-ci ildə Türkiyənin dəmir yolu şəbəkəsinin uzunluğu təxminən 11 min kilometr olduğu halda, hazırda bu göstərici 14 min kilometrə çatıb. Bunun 2251 kilometri yüksəksürətli dəmir yolu xətlərindən ibarətdir. Məqsəd 2028-ci ilə qədər şəbəkənin uzunluğunu 17 min 287 kilometrə, 2053-cü ilə qədər isə 28 min 590 kilometrə çatdırmaqdır. Hazırda ölkədə 4164 kilometrlik yeni dəmir yolu xəttinin tikintisi davam etdirilir.Uraloğlu əlavə edib ki, hökumətin planına əsasən, 2028-ci ilə qədər yüksəksürətli dəmir yolu şəbəkəsinin əhatə etdiyi əyalətlərin sayı 11-dən 27-yə, əsas logistika mərkəzlərinin sayı isə 13-dən 25-ə yüksələcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi

Next Article

Makron Suriyaya rəsmi səfər edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp özünü ABŞ tarixinin ən böyük prezidenti elan edib

Aysel Əlibəyli 28 Avqust 2026 · 09:03 1068 baxış ABŞ Prezidenti Donald Tramp özünü ölkə tarixinin ən böyük prezidenti hesab etdiyini bildirib. Elpress.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində ABŞ prezidentləri […]

Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb

Aysel Əlibəyli 25 Avqust 2026 · 15:13 1054 baxış Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb. Elpress.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, Sarkisyan komitənin binasına daxil olarkən jurnalistlərə hansı […]

Robert Köçəryan xəstəxanadan Antikorrupsiya Komitəsinə aparılıb

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:39 1058 baxış Ermənistanın sabiq prezidenti yüksək təzyiq səbəbilə xəstəxanaya yerləşdirilmişdi Elpress.az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan xəstəxanadan Antikorrupsiya Komitəsinə aparılıb.Məlumata görə, Köçəryan ötən gün saxlanıldıqdan […]