--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bəzi məktəblərdə sabah distant təhsil olacaq

Aysel Əlibəyli 04 İyun 2026 · 18:44 1194 baxış

IV siniflər üzrə iyunun 5-də, VI siniflər üzrə isə iyunun 6-da nəzərdə tutulan monitorinqlər səbəbindən paytaxtda mərkəz olaraq müəyyən edilmiş ümumi təhsil müəssisələrində tədris onlayn formatda həyata keçiriləcək.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, IV siniflər üzrə iyunun 5-də keçiriləcək monitorinqlə əlaqədar 108 monitorinq mərkəzində həmin siniflərdən başqa bütün siniflər üçün, iyunun 6-da isə 6 günlük iş rejimində çalışan məktəblərdə VI siniflər istisna olmaqla digər şagirdlər üçün dərslər fasiləsizliyin qorunması məqsədilə distant formatda təşkil ediləcək.Məlumatda vurğulanıb ki, monitorinqin nəticələri şagirdlərin summativ qiymətləndirilməsinə, eləcə də növbəti sinfə keçirilməsinə heç bir təsir göstərməyəcək.Həmçinin qeyd olunub ki, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə 300 mindən artıq IV və VI sinif şagirdi monitorinqə cəlb ediləcək. Bu proses çərçivəsində 13 552 şagirdin kompüter əsaslı qiymətləndirmədə iştirakı planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda yeni Braziliya səfiri işə başladı

Next Article

Rusiya ərazisində strateji obyektlərə zərbələr

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Səbinə Əliyevanın Ombudsman kimi 7 illik fəaliyyəti yekunlaşır

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 13:22 1086 baxış Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili postunda dəyişikliklə bağlı proses yaxın aylarda gündəmə gələ bilər. Hazırkı Ombudsman Səbinə Əliyevanın 7 illik səlahiyyət müddəti bu ilin noyabrında tamamlanır. […]

Dini malların gömrükdən keçirilməsi qaydası açıqlanıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:27 1110 baxış Fiziki şəxslər dini təyinatlı malları hansı şərtlərlə ölkəyə gətirə bilərlər? Elpress.az xəbər verir ki, Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən keçirməsi […]

Azad edilmiş ərazilərdə minaaxtaran itlərdən istifadə olunacaq

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:48 1078 baxış Minaların aşkarlanması üçün Azərbaycana xüsusi təlim keçmiş iki it gətiriləcək Elpress.az xəbər verir ki, İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinin daha sürətli aradan qaldırılması və mülki […]