--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Qısaldılmış iş vaxtının şamil olunduğu şəxslər açıqlanıb

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:13 1068 baxış

Bəzi işçilər üçün həftəlik iş vaxtı 24 və ya 36 saatdan artıq ola bilməz

Elpress.az xəbər verir ki, Əmək qanunvericiliyinə əsasən, müəyyən kateqoriyalara aid işçilər üçün qısaldılmış iş vaxtı tətbiq olunur. Bu zaman şəxsin yaşı, səhhəti, əmək şəraiti, gördüyü işin xüsusiyyətləri və digər amillər nəzərə alınır.16 yaşınadək işçilərin həftəlik iş vaxtı 24 saatdan çox olmamalıdır.16 yaşdan 18 yaşadək şəxslər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə qadınlar və yaşyarımadək uşağı olan qadınlar üçün həftəlik iş vaxtı 36 saatdan artıq müəyyən edilə bilməz.Eyni məhdudiyyət 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə də şamil olunur.Bundan əlavə, fiziki, kimyəvi, bioloji və insan sağlamlığı üçün zərərli digər ağır istehsalat amillərinin mövcud olduğu əmək şəraitində çalışanlar üçün də qısaldılmış iş vaxtı nəzərdə tutulur.Yüksək həssaslıq, həyəcan, eləcə də zehni, fiziki və əsəb gərginliyi yaradan iş yerlərində çalışan şəxslər də bu hüquqdan yararlana bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ-də jurnalist Çinə casusluğa görə 2 il həbs cəzası alıb

Next Article

Tibb işçilərinin maaş artımının təşəbbüskarı Mehriban Əliyevadır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hövsanda yeni ödənişsiz ictimai çimərlik istifadəyə verildi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:49 1150 baxış Suraxanı rayonunun Hövsan qəsəbəsində sakinlərin rahat istirahəti üçün yeni ictimai çimərlik yaradılıb. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü […]

Bakıda bəzi yollarda sıxlıq yaranıb

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:16 1066 baxış Paytaxtın əsas prospekt və şoselərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur Elpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, səhər saatlarında […]

Bərdənin raket atəşinə tutulmasından 6 il ötür

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 00:44 1074 baxış Vətən müharibəsi zamanı Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından 6 il ötür. Elpress.az xəbər verir ki, 2020-ci il oktyabrın 5-də Bərdənin mərkəzi ərazilərinə […]