--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azad edilmiş ərazilərdə minaaxtaran itlərdən istifadə olunacaq

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:48 1072 baxış

Minaların aşkarlanması üçün Azərbaycana xüsusi təlim keçmiş iki it gətiriləcək

Elpress.az xəbər verir ki, İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinin daha sürətli aradan qaldırılması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə minaaxtaran itlərdən istifadə ediləcək.“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi sentyabrın 1-dən “Minaaxtaran itlər vasitəsilə minaların təmizlənməsinin sürətləndirilməsi” layihəsinin icrasına başlayır. Layihə Kanadanın Türkiyə, Azərbaycan və Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.Layihənin əsas məqsədi azad edilmiş ərazilərdə yeni mina hadisələrinin qarşısının alınması, həmçinin kənd təsərrüfatı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün təhlükəli sahələrin daha qısa müddətdə təmizlənməsinə dəstək verməkdir.Mütəxəssislərin fikrincə, xüsusi hazırlıq keçmiş itlər xüsusilə çətin relyefli, meşəlik və sıx bitki örtüyü ilə əhatə olunan ərazilərin yoxlanılmasında effektiv vasitədir. Belə sahələrdə metal detektorlarının müxtəlif metal qalıqlarına reaksiya verməsi iş prosesini çətinləşdirə və uzada bilər. Minaaxtaran itlər isə metal əvəzinə partlayıcı maddələrin qoxusunu müəyyən etdikləri üçün bu ərazilərdə daha çevik və dəqiq axtarış aparmağa imkan verir.Layihə çərçivəsində iki minaaxtaran itin alınması planlaşdırılır. Müvafiq beynəlxalq prosedurlardan keçirildikdən sonra itlərin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) apardığı əməliyyatlara cəlb olunması nəzərdə tutulur.Layihənin həyata keçirilməsi nəticəsində minatəmizləmə imkanlarının genişləndirilməsi, təhlükəli ərazilərin daha operativ şəkildə təhlükəsizləşdirilməsi və azad edilmiş ərazilərdə insanların təhlükəsizliyinin artırılması hədəflənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Azəralüminium”un ixracı 46 faizə yaxın artıb

Next Article

BDU-nun elmi göstəriciləri yüksəlib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda uşaq bağçasının rəhbəri vəzifədən uzaqlaşdırılıb

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 15:59 1068 baxış Bakının 98 saylı uşaq bağçasında aparılan araşdırmanın nəticəsi üzrə müəssisənin rəhbəri ilə əmək müqaviləsinə xitam verilib. Elpress.az xəbər verir ki, araşdırma zamanı təlim-tərbiyə prosesinin təşkili, idarəetmə […]

Bakıda beynəlxalq məhkəmə təlimi keçirilib

Aysel Əlibəyli 29 İyul 2026 · 11:28 1080 baxış Bakıda Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində beynəlxalq məhkəmə təlim proqramı təşkil olunub. Elpress.az xəbər verir ki, Bakıda Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçilərinin iştirakı […]

Rəşad İbadov Balaxanı neftçiləri ilə müzakirə aparıb

Aysel Əlibəyli 15 İyul 2026 · 18:13 1084 baxış ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov hasilat şirkətlərinin nümayəndələri ilə vətəndaşların konstitusion hüquq və vəzifələrinə həsr olunmuş görüş keçirib. Elpress.az xəbər verir ki, Müzakirədə Konstitusiyanın […]

Azərbaycanda hava kəskin dəyişəcək

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:09 1064 baxış Bakıda üç gün ərzində yağış və leysan, bölgələrdə isə dolu ehtimalı var Elpress.az xəbər verir ki, Azərbaycanda avqustun 30-u axşamdan etibarən hava şəraitinin qeyri-sabitləşəcəyi gözlənilir. Milli […]