--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Rusiya ərazisində strateji obyektlərə zərbələr

Aysel Əlibəyli 04 İyun 2026 · 18:49 1215 baxış

Ukrayna Müdafiə Qüvvələri Krım yarımadasında Rusiyanın sərhəd nəzarət gəmisinə qarşı əməliyyat həyata keçirib, eyni zamanda işğal olunmuş bölgələrdəki obyektləri və Rusiya ərazisində yerləşən barıt zavodu ilə anbarları vurub.

Elpress.az-ın məlumatına əsasən, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində yaydığı məlumatda bildirilib ki, Ukrayna Müdafiə Qüvvələri bir sıra istiqamətlərdə Rusiyanın hərbi və sənaye infrastrukturuna zərbələr endirib.Məlumata əsasən, Xarkov vilayətinin Novoeqorovka yaşayış məntəqəsi yaxınlığında rus qüvvələrinə məxsus silah və hərbi texnikanın cəmləşdiyi məntəqə, həmçinin Donetsk vilayətinin Oçeretin bölgəsində yerləşən idarəetmə məntəqəsi hədəfə alınıb. Eyni zamanda, Donetsk vilayətinin Qrintal rayonu yaxınlığında sursat anbarı, Krımın Simferopol şəhəri və Zaporojye vilayətinin Melitopol şəhərində yerləşən yanacaq-sürtkü materialları anbarları vurulub.Bundan başqa, Ryazan vilayətində yerləşən “Qefest-M” MMC-nin filialı olan “Elastik” barıt zavodunun ərazisinə zərbə endirildiyi, nəticədə təxminən 400 kvadratmetr sahədə yanğın baş verdiyi qeyd olunub.Baş Qərargahın əlavə təhlillərinə əsasən, Sankt-Peterburqda yerləşən neft terminalında bir rezervuarın tam məhv edildiyi, altı rezervuar və iki texniki estakadada isə ciddi zədələnmələrin qeydə alındığı bildirilib.Həmçinin Rusiyanın Tambov vilayətində yerləşən Miçurinsk “Proqress” zavodunda, yüksək dəqiqlikli silah komponentlərinin istehsal olunduğu anbarda 200 kvadratmetrdən çox sahəni əhatə edən yanğın baş verdiyi təsdiqlənib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bəzi məktəblərdə sabah distant təhsil olacaq

Next Article

Biləsuvarda yol-nəqliyyat hadisəsi qeydə alınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Moskva NATO-Ermənistan hərbi təlimlərinə münasibət bildirdi

Aysel Əlibəyli 18 İyun 2026 · 18:38 1220 baxış Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın NATO ilə keçirdiyi hərbi təlimlərə dair açıqlama verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın ərazisində keçirilən “Qartal tərəfdaş-2026” beynəlxalq […]

Belçika NATO sammitində milyardlıq silah alışını açıqlaya bilər

Aysel Əlibəyli 02 İyul 2026 · 17:51 1150 baxış Belçikanın yaxın günlərdə keçiriləcək NATO sammiti çərçivəsində hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı mühüm qərar açıqlayacağı gözlənilir. Elpress.az xəbər verir ki, Belçikanın iyulun 7-8-də Ankarada […]

Ratko Mladiç Haaqada vəfat edib

Aysel Əlibəyli 27 Avqust 2026 · 17:36 1100 baxış Bosniya serblərinin keçmiş hərbi komandanı 84 yaşında həbsxanada ölüb Elpress.az xəbər verir ki, Bosniya serblərinin keçmiş komandanı Ratko Mladiç 84 yaşında Haaqada vəfat edib. Onun ölümü […]

Litvada dron təhlükəsinə görə sığınacaqlar 24 saat işləyəcək

Elşən 20 May 2026 · 21:10 1148 baxış Litvada təhlükəsizlik tədbirləri daha da sərtləşdirilir. Milli Təhlükəsizlik Komissiyasının son qərarına əsasən, ölkənin bütün bələdiyyələri sığınacaqların günün 24 saatı fasiləsiz fəaliyyət göstərməsini təmin etməli olacaqlar. Qərar son […]