--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Səbinə Əliyevanın Ombudsman kimi 7 illik fəaliyyəti yekunlaşır

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 13:22 1014 baxış

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili postunda dəyişikliklə bağlı proses yaxın aylarda gündəmə gələ bilər.

Hazırkı Ombudsman Səbinə Əliyevanın 7 illik səlahiyyət müddəti bu ilin noyabrında tamamlanır. O, 2019-cu il noyabrın 29-da Milli Məclisin qərarı ilə bu vəzifəyə seçilib.

Qanunvericilik Ombudsmanın fəaliyyət müddətini 7 illə məhdudlaşdırır. Eyni şəxsin Müvəkkil vəzifəsinə ən çox iki dəfə seçilməsi mümkündür.

Bununla yanaşı, yeni Ombudsman səlahiyyət müddətinin başa çatdığı gün seçilməzsə, hazırkı Müvəkkil yeni təyinatadək fəaliyyətini davam etdirə bilər. Bu halda onun səlahiyyətləri yeni Ombudsmanın seçildiyi tarixdə başa çatır.

Məsələnin gündəmə gəldiyi bir vaxtda Ombudsmanın əməkhaqqı ilə bağlı da mühüm qərar qəbul edilib. Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında Müvəkkilin aylıq vəzifə maaşının 3 060 manatdan 12 min manatadək artırılmasını nəzərdə tutan qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.

Beləliklə, noyabr ayında həm Səbinə Əliyevanın Ombudsman kimi fəaliyyətinin 7 ili tamamlanacaq, həm də növbəti Müvəkkilin seçilməsi məsələsi diqqət mərkəzində olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Cəbrayıl bizimdir!” – 4 oktyabr Azərbaycanın yaddaşına yazılan tarixi gün

Next Article

Qubada yol çökdü: hərəkət və əlaqə kəsildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

DİN-də 6 ayın yekunlarına həsr olunan Kollegiya iclası keçirildi

Aysel Əlibəyli 09 İyul 2026 · 15:26 1126 baxış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 2026-cı ilin ilk altı ayının əməliyyat-xidməti fəaliyyətinin nəticələrinə həsr olunmuş Kollegiya iclası keçirilib. Elpress.az xəbər verir ki, Kollegiya iclasına daxili işlər […]

FHN-də Anım Gününə həsr olunmuş tədbirlər keçirilib

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:47 1060 baxış Şəhidlərin xatirəsi ehtiramla yad edilib Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrində müxtəlif tədbirlər təşkil olunub.Tədbirlər Ümummilli […]