--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda leysan və sel təhlükəsi: Xəbərdarlıq edildi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:31 1114 baxış

Milli Hidrometeorologiya Xidməti yaxın günlərdə ölkənin bir sıra bölgələrində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidməti iyulun 4-dən etibarən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı rəsmi xəbərdarlıq yayıb. Məlumata əsasən, iyulun 4 və 5-də əsasən dağlıq və dağətəyi rayonlarda, iyulun 6-dan 8-i gündüz saatlarınadək isə bəzi bölgələrdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.Sinoptiklərin məlumatına görə, ayrı-ayrı ərazilərdə yağıntının leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, həmçinin dolu düşəcəyi ehtimal edilir. Qeyri-sabit hava şəraiti fonunda dağlıq rayonlarda əlverişsiz meteoroloji hadisələrin baş vermə riski də artır.Eyni zamanda, yağıntılar nəticəsində çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır. Bu səbəbdən dağlıq və dağətəyi ərazilərdə yaşayan sakinlərə, eləcə də həmin istiqamətlərdə səfər etməyi planlaşdıran vətəndaşlara ehtiyatlı olmaları tövsiyə edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Azərbaycanın faydalı bitki ehtiyatları” kitabının I cildi işıq üzü gördü

Next Article

Qəzada həyatını itirən Amal Məlikovun ailəsindən Arzumla bağlı sərt açıqlama

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabahın havası açıqlandı

Aysel Əlibəyli 13 İyun 2026 · 13:24 1136 baxış İyunun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gündüz saatlarında bəzi […]

Rəşad İbadov Balaxanı neftçiləri ilə müzakirə aparıb

Aysel Əlibəyli 15 İyul 2026 · 18:13 1074 baxış ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov hasilat şirkətlərinin nümayəndələri ilə vətəndaşların konstitusion hüquq və vəzifələrinə həsr olunmuş görüş keçirib. Elpress.az xəbər verir ki, Müzakirədə Konstitusiyanın […]

Misir Mərdanov “Şərəf” ordeninə layiq görüldü

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 16:39 1056 baxış Azərbaycanın ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə xidmətləri ilə seçilən Misir Cümail oğlu Mərdanov təltif olunub. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Misir […]

FHN sürücülərə müraciət edib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 11:51 1068 baxış Nazirlik xüsusi təyinatlı avtomobillərin hərəkətinə mane olmamağa çağırıb Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi şəhər yollarında yaranan sıxlıqla əlaqədar avtomobil sürücülərinə müraciət edib.Nazirlikdən bildirilib ki, […]