--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

FHN sürücülərə müraciət edib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 11:51 1100 baxış

Nazirlik xüsusi təyinatlı avtomobillərin hərəkətinə mane olmamağa çağırıb

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi şəhər yollarında yaranan sıxlıqla əlaqədar avtomobil sürücülərinə müraciət edib.Nazirlikdən bildirilib ki, yay istirahət mövsümünün başa çatması və yeni tədris ilinin başlaması ilə əlaqədar şəhərdaxili yollarda nəqliyyat sıxlığı artıb. Bu vəziyyət yanğınsöndürən və xilasetmə avtomobillərinin fövqəladə hadisə ünvanlarına vaxtında çatmasına çətinlik yaradır.Xüsusilə bəzi sürücülərin hadisə yerinə hərəkət edən xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol verməməsi yanğın, qəza və digər fövqəladə halların nəticələrinin operativ şəkildə aradan qaldırılmasına mane olur.FHN sürücüləri yollarda hərəkət edən yanğınsöndürən və xilasetmə avtomobillərinə dərhal yol verməyə çağırıb.Qeyd olunub ki, xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol verməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. Belə hallarda fövqəladə hadisə yerinə vaxtında çatmaq və təhlükədə olan insanların həyatını xilas etmək üçün görülən tədbirlər də çətinləşir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Metro və dəmir yolu layihələri üçün torpaq alınması qaydaları dəyişdirilir

Next Article

İnam Kərimov Seulda beynəlxalq məhkəmə konfransında iştirak edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Füzulidə qadın təcili yardım maşınında doğuş edib

Aysel Əlibəyli 14 Avqust 2026 · 13:23 1068 baxış Füzulidə hamilə qadının doğuşu yolda baş verib, ana və körpənin vəziyyəti stabildir Elpress.az xəbər verir ki, Füzulidə doğuş sancıları başlayan hamilə qadın təcili tibbi yardım avtomobilində […]

Tütün istehsalı 20 faizə yaxın artıb

Aysel Əlibəyli 20 İyun 2026 · 18:32 1130 baxış Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda siqaret istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Rəsmi statistikaya əsasən, hesabat dövründə ölkə […]

Avqustun 13-ü üçün hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:19 1100 baxış Bakıda hava əsasən yağmursuz, bölgələrdə isə yağışlı olacaq Elpress.az xəbər verir ki, Avqustun 13-də Azərbaycanda hava şəraitinin bəzi ərazilərdə qeyri-sabit keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında hava […]