--:--:-- | 19 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Azərbaycanın faydalı bitki ehtiyatları” kitabının I cildi işıq üzü gördü

Aysel Əlibəyli 03 İyul 2026 · 17:29 1056 baxış

Azərbaycanın faydalı bitkilərinin elmi tədqiqi və tətbiq sahələrinə həsr olunan “Azərbaycanın faydalı bitki ehtiyatları: tədqiqi və tətbiqi” kitabının birinci cildi nəşr edilib.

Azərbaycanın zəngin flora irsinin öyrənilməsi istiqamətində mühüm elmi nəşrlərdən biri olan “Azərbaycanın faydalı bitki ehtiyatları: tədqiqi və tətbiqi” kitabının I cildi çapdan çıxıb. Fundamental elmi əsər ölkənin faydalı bitkilərinin elmi təsnifatı, tarixi inkişafı və müxtəlif sahələrdə tətbiqinin geniş araşdırılmasına həsr olunub.Nəşrdə bitki növlərinin ilk dəfə kimlər tərəfindən adlandırıldığı, həmin dövrdə istifadə olunan sistematik prinsiplər və bu adların müasir botanika elmindəki əhəmiyyəti ətraflı şəkildə izah edilir. Eyni zamanda, bitkilərin etnobotaniki, farmakoloji və ekoloji xüsusiyyətləri tarixi mənbələr əsasında təhlil olunur, onların qədim dövrlərdən bu günədək istifadə istiqamətlərində baş verən elmi yeniliklər oxuculara təqdim edilir.Kitabın diqqətçəkən məqamlarından biri də burada yer alan bitki növlərinin əksəriyyətinin fitokimyəvi tərkibinin müəlliflər tərəfindən tədqiq olunaraq işlənilməsidir. Bundan əlavə, nəşrdə latın terminologiyasının bitki növlərinin adlandırılmasındakı rolu, növ təsvirlərinin hazırlanma prinsipləri və bu proseslərin müasir taksonomiyanın inkişafına təsiri elmi əsaslarla izah olunur.Mütəxəssislərin fikrincə, nəşr botanika, ekologiya, fitokimya, kənd təsərrüfatı və digər elmi istiqamətlər üzrə çalışan tədqiqatçılar üçün dəyərli mənbə olmaqla yanaşı, tələbələr, ekspertlər və bitkilərin tarixi, xüsusiyyətləri və istifadəsi ilə maraqlanan oxucular üçün də faydalı elmi vəsait hesab edilir.Kitabın elmi redaktoru professor Səyyarə İbadullayeva, rəyçiləri isə akademik Tariyel Talıbov və professor Aydın Əsgərovdur. Nəşrin müəllifləri professor Səyyarə İbadullayeva, dosent Ramiz Ələkbərov, dosent Gülnarə Şirəliyeva, biologiya üzrə fəlsəfə doktoru Samirə Xudaverdiyeva, doktorant Venera Əhmədova və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin böyük eksperti Pərvanə Rüstəmovadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda açıq ərazidə baş verən yanğın söndürüldü

Next Article

Azərbaycanda leysan və sel təhlükəsi: Xəbərdarlıq edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əli Hacıdan yeni şeir

Elşən 14 İyul 2026 · 13:50 1106 baxış Əli Hacı sosial şəbəkə hesabından yeni şeirini oxucularla bölüşüb. Elpress.az olaraq şeiri təqdim edirik: Bəxtimi silkələdim,Üstümə qəm töküldü !Bədən darmış ruhuma,Əlim,dilim söküldü ! Yol-qələm,kağız-yarpaqDil-meydan,sinəm-dağ !Güvəndiyim torpaq da,Ayaq altdan […]

Ölüm, gəl tanış olaq… – İslam QƏRİBLİ

Aysel Əlibəyli 08 Avqust 2026 · 15:57 1020 baxış Şeirlərindəki ilk baxışda adi görünən deyimlərində böyük həqiqətlər gizlənən, çoxsəsli çağdaş Azərbaycan poeziyasında öz yeri, öz nəfəsi olan Əli Hacının qeyri-adi, ilk baxışda qəribə ad seçdiyi […]

Şəhər folkloru və kollektiv yaddaş: sosial kimliyin izləri

Aysel Əlibəyli 02 İyun 2026 · 10:50 1196 baxış AMEA-nın Folklor İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncamının icrasına həsr olunan “Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv […]