Azərbaycanın ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə xidmətləri ilə seçilən Misir Cümail oğlu Mərdanov təltif olunub.
Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Misir Mərdanov ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədəki xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Misir Mərdanovun sabah 80 yaşı tamam olur.


