--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Qaqik Tsarukyan barəsində həbs qərarı verildi

Aysel Əlibəyli 07 İyul 2026 · 22:18 1184 baxış

Ermənistanda müxalifət lideri həbs olundu: Məhkəmə Tsarukyan barədə qərar çıxardı

Elpress.az məlumat verir ki, Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan barəsində məhkəmə tərəfindən iki aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə Ermənistanın İstintaq Komitəsi rəsmi məlumat yayıb.Məlumata əsasən, Tsarukyan dələduzluq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri üzrə təqsirləndirilir. İstintaq orqanlarının bildirdiyinə görə, cinayət işi çərçivəsində onun barəsində irəli sürülən ittihamlarla bağlı araşdırmalar davam etdirilir.Xatırladaq ki, bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları Qaqik Tsarukyanın yaşadığı ünvanda axtarış aparmışdı. Həmin əməliyyatdan sonra onun barəsində məhkəməyə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat göndərilmişdi.Məhkəmənin qərarına əsasən, Qaqik Tsarukyan istintaq müddətində iki ay həbsdə saxlanılacaq. Cinayət işi üzrə araşdırmalar davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mingəçevirdə faciə: 24 yaşlı gənc su anbarında boğuldu

Next Article

“We are the Future” gənc istedadları bir səhnədə topladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Uitkoff və Kuşner Moskva və Kiyevə səfər edəcəklər

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 13:03 1068 baxış ABŞ nümayəndələrinin sentyabrın 5-6-da Rusiya və Ukraynaya səfəri gözlənilir Elpress.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin sentyabrın […]

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:40 1088 baxış Abbas Əraqçi və Məhəmməd İshaq Dar regiondakı son hadisələri müzakirə edib Elpress.az xəbər verir ki, Abbas Əraqçi və Məhəmməd İshaq Dar regiondakı son hadisələri müzakirə edib3. […]

ABŞ İran əməliyyatlarında 20-dən çox MQ-9 Reaper itirdi

Elşən 22 May 2026 · 08:05 1149 baxış ABŞ ordusu İranla bağlı hərbi əməliyyatlar zamanı ciddi pilotsuz uçuş aparatı itkisi ilə üzləşib. Elpress.az-ın “Bloomberg”-ə istinadən verdiyi məlumata əsasən, Tehran qüvvələri ABŞ-ın ən müasir hücum və […]

Ukraynaya gecə zərbələri: ölən və yaralananlar var

Aysel Əlibəyli 25 Avqust 2026 · 09:02 1098 baxış Rusiya qüvvələrinin Ukraynaya gecə saatlarında həyata keçirdiyi zərbələr nəticəsində Zaporojye və Xarkov şəhərlərində ölənlər var. Elpress.az xəbər verir ki, Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə […]