--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Ukraynaya gecə zərbələri: ölən və yaralananlar var

Aysel Əlibəyli 25 Avqust 2026 · 09:02 1082 baxış

Rusiya qüvvələrinin Ukraynaya gecə saatlarında həyata keçirdiyi zərbələr nəticəsində Zaporojye və Xarkov şəhərlərində ölənlər var.

Elpress.az xəbər verir ki, Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə görə, PUA hücumu zamanı qeyri-yaşayış binalarında yanğın baş verib. Daha sonra şəhərə idarəolunan aviasiya bombası ilə zərbə endirilib. Nəticədə iki nəfərin öldüyü bildirilib.Xarkov meri İqor Terexov isə şəhərin Osnovyanski rayonundakı sənaye zonasının raket atəşinə tutulduğunu açıqlayıb. Hücum nəticəsində bir nəfərin həyatını itirdiyi qeyd olunub.Bundan əvvəl Çerniqov şəhərinin mərkəzində yaşayış binasına PUA ilə zərbə endirilib.

Hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Yaralananlar arasında 12 və 17 yaşlı iki uşağın da olduğu bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə bürünüb

Next Article

“Sabah” Çempionlar Liqasında həlledici oyuna çıxır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Təbriz-İrəvan aviareysləri bərpa edilir

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:34 1058 baxış İkiillik fasilədən sonra Təbrizdən İrəvana həftədə iki uçuş həyata keçiriləcək Elpress.az xəbər verir ki, İranın Təbriz şəhəri ilə Ermənistanın paytaxtı İrəvan arasında hava əlaqəsinin iki illik […]

Gürcüstanın bir çox bölgəsində elektrik enerjisi kəsildi

Aysel Əlibəyli 24 İyul 2026 · 02:56 1066 baxış Gürcüstanın müxtəlif şəhər və rayonlarında genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb. Elpress.az xəbər verir ki, hadisə nəticəsində paytaxt Tbilisi ilə yanaşı Rustavi, Batumi və digər iri […]

Avstriyada uşaqlar üçün sosial şəbəkə qadağası

Aysel Əlibəyli 31 İyul 2026 · 12:56 1068 baxış Avstriyada 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək Elpress.az xəbər verir ki, Avstriya hökuməti uşaqların internetdə təhlükəsizliyinin artırılması məqsədilə yeni qaydalar paketini təsdiqləyib.Qanun layihəsinə […]

Zaporojyeyə zərbə: ölən və yaralananlar var

Aysel Əlibəyli 20 İyun 2026 · 20:10 1142 baxış Zaporojyeyə endirilən idarəolunan bomba zərbələri nəticəsində ölən və yaralananlar qeydə alınıb. Rusiya tərəfindən Zaporojye bölgəsinə doqquz idarəolunan bomba zərbəsi endirilib. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, […]