--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub

Aysel Əlibəyli 18 Avqust 2026 · 10:59 1066 baxış

Hücumlar nəticəsində 5 mindən çox sakin və 46 sosial obyekt elektrik enerjisiz qalıb

Elpress.az xəbər verir ki, Ukraynaya məxsus dronların Rusiyanın Moskva vilayətinə kütləvi hücumu nəticəsində bölgədə enerji təchizatında ciddi problemlər yaranıb.Məlumata görə, ötən gecə Rusiya hava məkanında 791 dronun zərərsizləşdirildiyi bildirilib. Onlardan 620-nin Moskva istiqamətində hərəkət etdiyi qeyd olunub.Hücumlar nəticəsində üç nəfərin xəsarət aldığı, ölənlərin olmadığı açıqlanıb. Moskva vilayətinin Likino-Dulyovo və Orexovo-Zuyevo şəhərləri yaxınlığındakı elektrik şəbəkələrində yaranan problemlər səbəbindən 5 mindən çox insan və 46 sosial obyekt elektrik enerjisiz qalıb.Bundan başqa, “Wildberries” şirkətinə məxsus anbarın da hücumlar zamanı zərər gördüyü bildirilib.Rusiya mətbuatının məlumatına əsasən, baş verənlər son iki ildə Moskva vilayətinə qarşı həyata keçirilən ən böyük dron hücumu kimi qiymətləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Enerqodara dron hücumu: 1 nəfər ölüb

Next Article

FHN-dən əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Litva nazirinin və ailə üzvlərinin şəxsi məlumatları oğurlanıb.

Aysel Əlibəyli 30 May 2026 · 18:30 1186 baxış Litvanın Qeydiyyat Mərkəzinin sistemindən xarici işlər naziri Kyastutis Budris və onun ailə üzvlərinə aid şəxsi məlumatların oğurlandığı bildirilir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Nazir bu […]

Tramp: İran iqtisadi böhran yaşayır

Aysel Əlibəyli 09 Avqust 2026 · 23:34 1052 baxış ABŞ Prezidenti Tehranla razılaşmanın mümkün olduğunu bildirib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın ağır iqtisadi vəziyyətlə üzləşdiyini və Vaşinqtonla Tehran arasında gələcəkdə razılaşmanın […]