--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

FHN-dən əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlər

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:01 1066 baxış

Bakı və bölgələrdə fövqəladə hallar zamanı davranış qaydaları izah edilib

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən əhalinin fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə məlumatlandırılması məqsədilə müxtəlif ərazilərdə silsilə maarifləndirmə tədbirləri keçirilib.FHN-in Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə paytaxtın bir sıra tibb müəssisələrində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə və Daşkəsəndə, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonunda, həmçinin digər regional mərkəzlərin əhatə etdiyi rayonlarda tədbirlər təşkil olunub.Maarifləndirmə görüşlərinə FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssisləri də cəlb ediliblər.Tədbirlər zamanı iştirakçılara təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğın və zəlzələ zamanı görülməli tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin FHN-in “112” qaynar xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları praktiki şəkildə nümayiş etdirilib.Görüşlər interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb və fövqəladə hallar zamanı təhlükəsiz davranışla bağlı zəruri tövsiyələr verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub

Next Article

Qalibaf İraqa səfər edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı Qızlar Universiteti mənfi rəy aldı

Aysel Əlibəyli 24 İyul 2026 · 16:03 1086 baxış Bakı Qızlar Universitetinin institusional akkreditasiyası “uyğun deyil” qiymətləndirilib Elpress.az xəbər verir ki, Akkreditasiya Şurasının növbəti iclasında Bakı Qızlar Universitetinin institusional akkreditasiyasının yekun nəticəsi “uyğun deyil” kimi […]

Sabah yağışlı hava gözlənilir

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:43 1054 baxış Bakıda leysan və güclü külək, rayonlarda isə dolu ehtimalı var Elpress.az xəbər verir ki, Avqustun 31-də Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, […]

Sabiq şöbə müdiri susmadı: Yayılan xəbərlərə cavab verdi

Aysel Əlibəyli 05 İyun 2026 · 20:54 1192 baxış Goranboy Rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli haqqında cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı yayılan məlumatlara reaksiya verib. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, […]

Azad edilmiş ərazilərdə yeni xəstəxanalar layihələndirilir

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:28 1038 baxış Səhiyyə Nazirliyi xəstəxana layihələrində enerji səmərəliliyi və beynəlxalq standartları nəzərə alır Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə yeni xəstəxanaların layihələndirilməsi istiqamətində işlər davam etdirilir.Səhiyyə […]