--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“Əl-Cəzirə: ABŞ İranla əldə olunan razılaşmalardan geri addım atır.”

Aysel Əlibəyli 25 May 2026 · 12:02 1132 baxış

ABŞ Prezidenti Donald Trampın İranla razılaşma əldə edildiyini açıqlamasından cəmi 24 saat sonra Vaşinqton əsas qarşılıqlı razılaşmalardan geri addım atıb.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, “Əl-Cəzirə” telekanalı vəziyyətlə tanış olan İran rəsmisinə istinadən xəbər verir ki, ABŞ tərəfi iki əsas məsələdə – dondurulmuş İran aktivlərinin qaytarılması və Livanda atəşkəs rejimi ilə bağlı razılaşmalarda geri addım atmağa başlayıb.Məlumata görə, layihə sənədində Livanda atəşkəs üzrə çərçivə sazişi nəzərdə tutulsa da, İsrail istənilən təhdidə cavab adı ilə bu ölkədə hərbi əməliyyatlar aparmaq imkanını saxlayan müddəaların daxil edilməsində israr edir.Tehran isə Vaşinqtonun əvvəl əldə olunmuş qarşılıqlı razılaşmalardan geri çəkiləcəyi halda müqaviləni imzalamayacağını bir daha qəti şəkildə bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sahibkarlarla görüş təşkil edib.

Next Article

AzTU ilə Çin universiteti arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran və ABŞ üçün atəşkəs təklifi

Aysel Əlibəyli 20 İyul 2026 · 16:44 1072 baxış Vasitəçilər İran və ABŞ arasında 10 günlük atəşkəs təklif edib Elpress.az xəbər verir ki, İran və ABŞ arasında vasitəçilik edən tərəflər gərginliyin azaldılması məqsədilə 10 günlük […]

Harri və Meqan Kral Çarlzın məktubuna təəccüblənib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:43 1026 baxış Sasseks cütlüyünə kral ailəsinin işləyən üzvləri olmadıqlarını təsdiqləyən məktub göndərilib Elpress.az xəbər verir ki, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl Kral III Çarlzın adından göndərilən […]