--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Gürcüstanda əcnəbilər universitetlərə imtahansız qəbul oluna biləcəklər

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:17 1090 baxış

Yeni qayda 2027-2028-ci tədris ilindən tətbiq ediləcək

Elpress.az xəbər verir ki, 2027-2028-ci tədris ilindən etibarən xarici ölkə vətəndaşları Gürcüstanın ali məktəblərinə qəbul imtahanı vermədən daxil ola biləcəklər.Yeni qaydalara əsasən, tam orta təhsilini başa vurmuş əcnəbi abituriyentlər seçdikləri təhsil proqramına uyğun dil biliklərini beynəlxalq sertifikatla təsdiqləməli və ya Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzində müvafiq dil imtahanı verməlidirlər. Gürcü dilində tədris olunan proqramlara müraciət edənlərdən isə dövlət dili üzrə biliklərini təsdiqləmələri tələb olunacaq.Bakalavr proqramları üçün minimum dil tələbi B1, magistratura proqramları üçün isə B2 səviyyəsi müəyyənləşdirilib. Beynəlxalq dil sertifikatının etibarlı olması və verildiyi tarixdən üç ildən artıq vaxt keçməməsi şərtdir.Magistraturaya müraciət edən xarici vətəndaşlardan xarici ölkədə əldə etdikləri ali təhsil üzrə müvafiq akademik dərəcəni təsdiqləyən sənəd də tələb olunacaq.Gürcüstanda dövlət ali məktəblərində ölkə vətəndaşları üçün təhsilin ödənişsiz olması ilə əlaqədar 2026-2027-ci tədris ili üzrə xarici tələbələrin dövlət universitetlərinə qəbulu həyata keçirilməyib. Yeni qəbul qaydası isə özəl universitetlərə şamil edilməyəcək.Gürcüstanda xarici vətəndaşlar üçün ali təhsil ödənişlidir. İllik təhsil haqqı universitetdən və proqramın tədris dilindən asılı olaraq orta hesabla 1 500-8 000 ABŞ dolları arasında dəyişir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aİ Azərbaycana sülh prosesində dəstək yollarını müzakirə edir

Next Article

Britaniya səfiri: Azərbaycanla süni intellekt sahəsində yeni layihələr olacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rubio: Yeni razılaşma Arktikada təhlükəsizliyi gücləndirəcək

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 00:08 1088 baxış ABŞ, Danimarka və Qrenlandiya arasında əldə olunan yeni razılaşmanın Arktikadakı təhlükəsizlik mühitinə təsir edəcəyi bildirilir. Elpress.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Afinada […]

Suriyada faciəvi qəza: 35 nəfər həyatını itirdi

Aysel Əlibəyli 25 İyul 2026 · 17:59 1092 baxış Suriyada iki avtobusun iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi çoxsaylı insan itkisi ilə nəticələnib. Elpress.az xəbər verir ki, ölkənin paytaxtı Dəməşqi Deyr-əz-Zor vilayəti ilə birləşdirən […]

Çin asteroidi vurmağa hazırlaşır

Aysel Əlibəyli 20 İyul 2026 · 17:07 1132 baxış Çin asteroidin trayektoriyasını dəyişmək üçün yeni kosmik missiya planlaşdırır Elpress.az xəbər verir ki, Çin alimləri asteroidin hərəkət trayektoriyasını dəyişdirmək məqsədilə yeni kosmik missiya hazırlayırlar. Məlumata görə, […]