--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bu gün elektrik enerjisi ilə bağlı MƏHDUDİYYƏT olacaq

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 09:02 1060 baxış

Elpress.az xəbər verir ki, sentyabrın 4-də Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, məhdudiyyətlər elektrik şəbəkələrində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədardır. Görülən tədbirlər artan yük tələbatının qarşılanması və enerji təchizatının keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.
Yasamal rayonunda Abbas Mirzə Şərifzadə və Tağı Şahbazi küçələrinin, həmçinin İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Xətai rayonunda, Kazımağa Kərimov küçəsində 10 kV-luq elektrik xəttində aparılacaq işlərlə əlaqədar saat 10:00-dan 15:00-dək enerji təchizatı dayandırılacaq.
Masazır qəsəbəsində isə 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında aparılacaq yenidənqurma işləri səbəbindən saat 01:00-dan 03:00-dək fasilə olacaq.
Məhdudiyyət Masazırın Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev və İlham Vahid küçələrinin bəzi hissələrini əhatə edəcək.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dünya birjalarında yüksəliş: əsas fond indeksləri artıb

Next Article

Kahramanmaraşdakı “Azərbaycan” yaşayış məhəlləsi bir neçə aya tamamlanacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabahın hava proqnozu: bəzi ərazilərə yağış düşəcək

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 14:11 1064 baxış Azərbaycanda oktyabrın 5-də hava şəraitinin əsasən sabit keçəcəyi gözlənilir. Ölkə ərazisinin böyük hissəsində yağıntı proqnozlaşdırılmır. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və […]

Gənc alimdən mühüm elmi nəticə

Aysel Əlibəyli 31 İyul 2026 · 12:06 1080 baxış Gənc alim qamma-şüalanmanın yaratdığı genetik zədələnmələri 3 dəfə azaldan nəticə əldə edib Elpress.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun elmi işçisi […]