--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Pezeşkian: Yaponiya gəmilərinin təhlükəsiz keçidini təmin edəcəyik

Aysel Əlibəyli 01 İyun 2026 · 19:19 1190 baxış

İran Prezidenti Məsud Pezeşkian Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığı zamanı Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinə dair məsələləri müzakirə edib.

IRNA agentliyinin məlumatına görə, Pezeşkian İranın boğazda gəmi hərəkətinin təhlükəsizliyini təmin etməyə hazır olduğunu vurğulayıb. Sanae Takaiçi isə Hörmüz boğazında gəmilərin hərəkətinin tam bərpa olunmasının vacibliyini qeyd edib.İran Prezidenti bildirib ki, mövcud çətinliklərin əsas səbəbi ABŞ-ın İranın gəmiçilik və ticarət fəaliyyətinə tətbiq etdiyi məhdudiyyətlərdir.Pezeşkian əlavə edib ki, İran Yaponiya gəmilərinin boğazdan təhlükəsiz və maneəsiz keçidinin təmin olunması üçün zəruri tədbirlər görəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Nazirin sözlərinə görə, keçən il Avropa İttifaqının təbii qaz idxalının 8,1 faizi Azərbaycanın payına düşüb.

Next Article

Şəhid ailəsi üzvlərinə müəllim yeri seçimi imkanı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran və Oman Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

Aysel Əlibəyli 25 İyun 2026 · 16:46 1134 baxış Tehran və Məsqət arasında diplomatik təmaslar: XİN rəhbərləri Hörmüz boğazında gəmiçilik və regional prosesləri müzakirə edib İran və Oman xarici işlər nazirləri arasında telefon danışığı baş […]

Rusiya daha bir qəsəbəyə nəzarəti ələ keçirdi

Aysel Əlibəyli 21 İyul 2026 · 15:58 1084 baxış Rusiya ordusu Xarkov vilayətində Voloxovskoye qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb Elpress.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Ukraynada daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini […]