--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

BƏƏ İrandan Hörmüz boğazını açmağı tələb edib

Aysel Əlibəyli 15 Avqust 2026 · 17:46 1038 baxış

Əbu-Dabi İranın kommersiya gəmisinə zərbə endirməsini pisləyərək hücumların dayandırılmasına çağırıb

Elpress.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri İranın Hörmüz boğazında Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəmini hədəfə almasını kəskin şəkildə pisləyib.BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, hadisə BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin açıq şəkildə pozulmasıdır.Nazirlik İranın İslam İnqilabı Keşikçiləri Korpusunun kommersiya gəmilərinə qarşı hücumlarını və Hörmüz boğazından iqtisadi təzyiq və hədə-qorxu vasitəsi kimi istifadəsini qəbuledilməz hesab edib. Bəyanatda bu cür əməllərin dəniz piratçılığı xarakteri daşıdığı bildirilib.BƏƏ Tehranı hücumları dayandırmağa və beynəlxalq gəmiçilik üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazını heç bir şərt irəli sürmədən açıq saxlamağa çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq

Next Article

İran və Tacikistan enerji müqaviləsi imzalayacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Britaniya Rusiyanın neft tankerini saxladı

Aysel Əlibəyli 14 İyun 2026 · 11:49 1106 baxış Britaniya La-Manşda Rusiyanın “kölgə donanması” tankerini saxladı Böyük Britaniyanın Kral Dəniz Piyadaları və Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin əməkdaşları La-Manş boğazında Rusiya ilə əlaqələndirilən “SMYRTOS” adlı neft […]

Hörmüz boğazında ticarət gəmisi vurulub

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:08 1024 baxış Mərmi zərbəsindən sonra gəmidə yanğın baş verib Elpress.az xəbər verir ki, Hörmüz boğazında hərəkətdə olan ticarət gəmisinə mərmi ilə zərbə endirilib.Məlumata görə, hadisə gəminin Oman ərazisində, […]