--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Qarabağ Milli Parkı yaradıldı – 88 min hektardan çox ərazini əhatə edəcək

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 16:40 1012 baxış

Qarabağ və Şərqi Zəngəzurun təbii sərvətlərinin qorunması və ekosistemlərin bərpası istiqamətində yeni addım atılıb. Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb.

Elpress.az xəbər verir ki, sənədə əsasən, milli park Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının dövlət mülkiyyətində olan torpaq sahələri hesabına yaradılıb. Ümumilikdə 88 418 hektar ərazi xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaqları kateqoriyasına daxil edilib.

Park üçün ayrılan torpaqların bölgüsü belədir:

  • Ağdərə rayonu – 44 773,79 hektar;
  • Xocalı rayonu – 24 597,80 hektar;
  • Kəlbəcər rayonu – 13 514,98 hektar;
  • Şuşa rayonu – 5 314,34 hektar;
  • Laçın rayonu – 217,09 hektar.

Sərəncamda qeyd olunur ki, işğal dövründə bölgənin bioloji müxtəlifliyinə ciddi ziyan dəyib, nadir bitki və heyvan növləri məhv edilib, nəticədə ekoloji tarazlıq pozulub.

İşğaldan azad edilmiş ərazilərdə təbii ekosistemlərin və biomüxtəlifliyin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin yenidən qurulması, eləcə də regionun “yaşıl artım” zonasına çevrilməsi istiqamətində tədbirlər görülür.

Sənədə əsasən, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Borussiya Dortmund” futbolçuları Bakıda ayaq tennis oynayıb

Next Article

Gəncə Memorial Kompleksi yaradıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı metrosunda yeni stansiyalarda liftlər quraşdırılacaq

Aysel Əlibəyli 25 İyun 2026 · 16:23 1140 baxış Bakı metrosunun inkişafında yeni mərhələ: yeni stansiyalarda liftlər, eskalatorlar və müasir infrastruktur tətbiq ediləcək Elpress.az-ın Axar.az-a istinadən verdiyi məlumata əsasən, bakı Metropolitenində yeni stansiyaların tikintisi çərçivəsində […]

Gec yatmaq depressiya riskini artırır

Aysel Əlibəyli 28 İyul 2026 · 13:39 1080 baxış Araşdırma: Gec saatlarda yatmaq narahatlıq və depressiya riski ilə əlaqəlidir Elpress.az xəbər verir ki, Yeni araşdırmaya görə, gec saatlarda yatmaq anksiyete və depressiya riskinin artması ilə […]

Şəhid ailəsi üzvlərinə müəllim yeri seçimi imkanı

Aysel Əlibəyli 01 İyun 2026 · 19:24 1199 baxış Şəhid ailəsi üzvləri üçün təşkil olunan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Elpress.az -ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil […]