--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“İdrak” liseyində baş verən silahlı insident: Silah sahibinə hökm oxundu

Aysel Əlibəyli 28 İyul 2026 · 14:41 1106 baxış

Bakıda yerləşən “İdrak” liseyində müəllimin güllələnməsi hadisəsində istifadə olunan odlu silahın sahibi barədə məhkəmə qərarı açıqlanıb.

Elpress.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Samir Şiriniov Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə təqsirli bilinib.Məhkəmənin qərarına əsasən, onun aylıq gəlirinin 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası təyin olunub.

Qeyd edək ki, liseydə müəllimin güllələnməsi ilə bağlı əsas cinayət işi üzrə məktəbli yeniyetmənin məhkəmə araşdırması hazırda davam edir.Xatırladaq ki, hadisə bu ilin 6 fevral tarixində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib. İstintaqın məlumatına görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllim xəsarət alıb.

Hadisədən sonra şübhəli şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.Hazırda faktla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dini inancları təhqir edən şəxs saxlanılıb

Next Article

Sabirabad xəstəxanasının sabiq direktoruna 186 min manatlıq ittiham

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Formula-1 ilə əlaqədar Bakı Bulvarında giriş-çıxış məhdudlaşdırılır

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 11:31 1160 baxış Elpress.az xəbər verir ki, Formula-1 Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar Bakı Dənizkənarı Milli Parkının müəyyən hissəsində giriş-çıxış məhdudlaşdırılacaq. Məhdudiyyət 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli […]

Türkiyədə tanınmış aktyor Erdal Beşikçioğlu həbs edildi

Aysel Əlibəyli 04 Avqust 2026 · 06:11 1080 baxış Elpress.az xəbər verir ki, Türkiyənin Ankara şəhərinin Etimesgut bələdiyyəsinin sədri, tanınmış aktyor Erdal Beşikçioğlu korrupsiya istintaqı çərçivəsində saxlanıldıqdan sonra vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb. Məlumata görə, Cümhuriyyət Xalq […]

Naxçıvan Yol Agentliyində təyinat qaydası dəyişdi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 19:39 1104 baxış Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin idarəetmə sistemində dəyişiklik edilib. Yeni qərarla İdarə Heyətinin formalaşdırılması ilə bağlı səlahiyyətlər yenidən müəyyənləşdirilib. Elpress.az xəbər verir ki, “Naxçıvan Avtomobil Yolları […]