--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Gəncə Memorial Kompleksi yaradıldı

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 16:45 1014 baxış

Gəncədə memorial kompleksin fəaliyyətinin təşkili ilə bağlı yeni qərar qəbul edilib. Prezident İlham Əliyev bununla əlaqədar müvafiq Sərəncam imzalayıb.

Elpress.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb.

Sərəncama uyğun olaraq, kompleksin fəaliyyətinin təmin edilməsi üçün zəruri xərclər dövlət büdcəsində Mədəniyyət Nazirliyinə ayrılmış vəsait hesabına maliyyələşdiriləcək.

Nazirlər Kabinetinə maliyyələşmə ilə bağlı tədbirləri təmin etmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Sənəd imzalandığı gündən qüvvəyə minib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qarabağ Milli Parkı yaradıldı – 88 min hektardan çox ərazini əhatə edəcək

Next Article

Bakı–Ağstafa istiqamətində əlavə qatar reysləri təşkil ediləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda havada tozun miqdarı normadan 2,2 dəfə çoxdur

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 09:02 1120 baxış Paytaxt və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraitinin daha iki gün davam edəcəyi gözlənilir. Elpress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, […]

Tibb müəssisələrində hicabla bağlı yayılan sənəd saxta çıxıb

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 08:48 1096 baxış Tibb müəssisələrində hicabdan istifadəyə məhdudiyyət qoyulduğunu iddia edən sənədin həqiqəti əks etdirmədiyi açıqlanıb. Elpress.az xəbər verir ki, bu barədə Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyinin […]

Güclü külək qatarları gecikdirdi

Aysel Əlibəyli 27 İyul 2026 · 12:16 1074 baxış Abşeronda güclü külək bəzi qatarların hərəkətində qısamüddətli gecikməyə səbəb olub Elpress.az xəbər verir ki, Abşeron yarımadasında müşahidə olunan güclü külək nəticəsində elektrik enerjisinin təchizatında yaranan kəsinti […]