--:--:-- | 04 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Sabahın hava proqnozu: bəzi ərazilərə yağış düşəcək

Aysel Əlibəyli 04 Oktyabr 2026 · 14:11 1016 baxış

Azərbaycanda oktyabrın 5-də hava şəraitinin əsasən sabit keçəcəyi gözlənilir. Ölkə ərazisinin böyük hissəsində yağıntı proqnozlaşdırılmır.

Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində yağıntı ehtimalı azdır, lakin axşam bəzi ərazilərdə yağış yağa bilər.

Paytaxtda gecə temperaturu 12-15°, gündüz isə 18-22° isti olacaq. Küləyin istiqamətinin gün ərzində dəyişəcəyi bildirilir.

Rayonlarda da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bununla belə, Lənkəran-Astara bölgəsinin bəzi yerlərində arabir yağış yağması və şimşək çaxması ehtimalı var.

Gecə və səhər saatlarında bəzi rayonlarda duman müşahidə edilə bilər. Rayonlarda havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti olacaq.

Dağlıq ərazilərdə isə gecə temperaturu 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yəməndə şiddətli döyüşlər: 700 husi öldürülüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Təhsil haqqını ödəyə bilməyənlərin sayı 43% artdı

Aysel Əlibəyli 05 Avqust 2026 · 13:56 1062 baxış Tələbələr arasında xaric olunma göstəricisi yüksəlib: Son 4 ildə təhsil haqqını ödəyə bilməyənlərin sayı 43 faiz artıb Elpress.az xəbər verir ki, 2025-ci ildə ümumilikdə 12 969 […]

İlham Əliyevin yeni təyin etdiyi nazir müavini kimdir?

Aysel Əlibəyli 07 İyul 2026 · 11:28 1106 baxış Prezident İlham Əliyevin sərəncamı ilə səhiyyə nazirinin müavini təyin edilən Rüfət Hacıəlibəyov uzun illər rəqəmsal transformasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərib. Elpress.az xəbər verir ki, […]

Naxçıvanda sentyabr pensiyaları ödənilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:55 1040 baxış Naxçıvan üzrə sentyabr ayına aid pensiya ödənişləri başa çatdırılıb Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında sentyabr ayı üzrə pensiya ödənişləri tam şəkildə həyata keçirilib.Ödənişlər Əmək […]