--:--:-- | 11 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bakının 3 ərazisində yol ötürücülərində hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 26 Avqust 2026 · 21:31 1062 baxış

Elpress.az xəbər verir ki, körpü və yol ötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə avqustun 27-dən etibarən Bakının bir sıra ərazilərində mühəndis qurğularında instrumental müayinələr aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avqustun 27-də Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən “Karl Marks” yol ötürücüsündə müayinə keçiriləcək. Bu zaman nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayacaq.Avqustun 27-dən 28-nə keçən gecə və 28-i səhər saatlarınadək isə “Bakıxanov”, “Papanin” və “Pirşağı” yol ötürücülərində aparılacaq müayinələrlə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edilib ki, instrumental müayinələr AAYDA-nın sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Z. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən həyata keçiriləcək.AAYDA bildirib ki, müayinələrin aparılması yol ötürücülərinin istismar üçün təhlükəli olduğu anlamına gəlmir. Bu tədbirlər daşıyıcı konstruksiyaların möhkəmliyinin, yükdaşıma qabiliyyətinin və deformasiya göstəricilərinin, eləcə də vizual baxış zamanı müəyyən edilə bilməyən qüsurların xüsusi cihazlarla dəqiq qiymətləndirilməsi məqsədi daşıyır.

Agentlik sürücülərdən hərəkətin məhdudlaşdırıldığı müddətdə alternativ marşrutlardan istifadə etmələrini və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bilgəhdə yeni incəsənət məktəbi istifadəyə verildi

Next Article

Neftin qiyməti 88 dollardan aşağı düşüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Gənc alimdən mühüm elmi nəticə

Aysel Əlibəyli 31 İyul 2026 · 12:06 1076 baxış Gənc alim qamma-şüalanmanın yaratdığı genetik zədələnmələri 3 dəfə azaldan nəticə əldə edib Elpress.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun elmi işçisi […]

Yüksək təzyiqi olanlara hansı pendir uyğundur?

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:55 1062 baxış İsveçrə pendiri aşağı natrium tərkibinə görə faydalı seçim hesab olunur Elpress.az xəbər verir ki, İsveçrə pendiri aşağı duz tərkibi və zəngin qida dəyəri ilə yüksək arterial […]

Bu üç bürc üçün uğurlu dövr başlayıb

Aysel Əlibəyli 17 İyul 2026 · 00:25 1092 baxış Astroloqların proqnozuna görə, Saturnun birbaşa hərəkətə keçməsi ilə üç bürc üçün maliyyə sabitliyi, daxili harmoniya və yeni imkanlarla müşayiət olunan əlverişli dövr başlayıb. Elpress.az xəbər verir […]

Avqustun 20-də bu ərazilərdə işıq kəsiləcək

Aysel Əlibəyli 19 Avqust 2026 · 23:58 1122 baxış Avqustun 20-də Azərbaycanın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Elpress.az xəbər verir ki, “Azərişıq” ASC-dən verilən məlumata görə, fasilələr elektrik şəbəkələrində aparılacaq […]