--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Gənc alimdən mühüm elmi nəticə

Aysel Əlibəyli 31 İyul 2026 · 12:06 1104 baxış

Gənc alim qamma-şüalanmanın yaratdığı genetik zədələnmələri 3 dəfə azaldan nəticə əldə edib

Elpress.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun elmi işçisi Afaq Nurullayeva radioproteksiya sahəsində apardığı tədqiqat zamanı mühüm nəticə əldə edib.Araşdırma nəticəsində müəyyənləşdirilib ki, CRMP2 zülalının tətbiqi qamma-şüalanmanın yaratdığı genetik zədələnmələri təxminən üç dəfə azalda bilər. Təcrübələr kobalt-60 mənbəyindən 8 Qrey dozada qamma-şüalanmaya məruz qalan siçovullar üzərində aparılıb.Tədqiqat zamanı CRMP2 zülalının şüalanmadan əvvəl tətbiq edildiyi heyvanlarda sümük iliyi hüceyrələrində genetik zədələnmələrin nəzarət qrupu ilə müqayisədə təxminən üç dəfə az olduğu müəyyənləşdirilib. Həmçinin çəki itkisi, iştahasızlıq və mədə-bağırsaq pozuntuları kimi klinik əlamətlərin daha yüngül olduğu müşahidə edilib.Alimlərin fikrincə, zülalın beyinə yeridilməsinə baxmayaraq qoruyucu təsirin sümük iliyində də müşahidə olunması mərkəzi sinir sistemi ilə periferik toxumalar arasında qoruyucu siqnal mexanizminin mövcudluğuna işarə edir.Nəticələrin gələcəkdə radiasiya təhlükəsi olan sahələrdə, eləcə də xərçəngin şüa terapiyası zamanı sağlam toxumaların qorunmasında tətbiq perspektivi olduğu bildirilir. Tədqiqatla bağlı “Heyvanlarda … CRMP2-nin intraserebral yeridilməsinə əsaslanan radioproteksiya üsulu” adlı ixtira üzrə Avrasiya Patenti də əldə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bağçada uşağın döyülməsi iddiasına rəhbərlikdən cavab

Next Article

Azərbaycan UEFA reytinqində ilk sıralardadır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Elm “toyuq, yoxsa yumurta?” sualına cavab verib

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:39 1114 baxış Təkamül biologiyasına görə, yumurta toyuqdan əvvəl yaranıb Elpress.az xəbər verir ki, Əsrlərdir müzakirə olunan “əvvəl toyuq yaranıb, yoxsa yumurta?” sualının elmi izahı yumurtanın daha əvvəl mövcud […]

Məktəblərdə smartfon istifadəsinə necə yanaşılmalıdır?

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:33 1078 baxış Ekspert: Smartfon dərsin əsas vasitəsi yox, yalnız ehtiyac olduqda istifadə edilən alət olmalıdır Elpress.az xəbər verir ki, Texnologiyanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi məktəblərdə smartfonlardan istifadəyə […]