--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Kahramanmaraşdakı “Azərbaycan” yaşayış məhəlləsi bir neçə aya tamamlanacaq

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:09 1076 baxış

Məhəllədə 26 yaşayış binası, məktəb və uşaq bağçasının tikintisi artıq başa çatıb

Elpress.az xəbər verir, Mənzil İnşaatı Dövlət Agentliyinin Türkiyənin Kahramanmaraş şəhərində inşa etdiyi “Azərbaycan” yaşayış məhəlləsi layihəsi üzrə tikinti işlərinin bir neçə ay ərzində tam yekunlaşdırılması planlaşdırılır.MİDA-nın Aparat rəhbəri Cəmşid Əmirov bildirib ki, layihə çərçivəsində Heydər Əliyev adına ibtidai məktəbin, uşaq bağçasının və 26 yaşayış binasından ibarət 4 kvartalın tikintisi artıq tamamlanıb.Hazırda yaşayış məhəlləsində Mədəniyyət Mərkəzinin inşası davam etdirilir. Layihə üzrə digər işlərin də aparıldığı və tikintinin yaxın aylarda tam başa çatdırılmasının nəzərdə tutulduğu bildirilib.Qeyd edək ki, Kahramanmaraşda yerləşən “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 27,6 hektardır.Layihəyə əsasən, ərazidə 68 yaşayış binasının inşası və ümumilikdə 1 194 mənzilin yaradılması nəzərdə tutulur. Burada həmçinin ibtidai məktəb, uşaq bağçası və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu gün elektrik enerjisi ilə bağlı MƏHDUDİYYƏT olacaq

Next Article

Uitkoff: Tramp Azərbaycan-Ermənistan münaqişəsini sülh modelinə çevirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

BMT rəsmisi: Azərbaycanın logistika habına çevrilmək potensialı var

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:46 1090 baxış Dmitro Şlapaçenko: Azərbaycan regional və qlobal dəyər zəncirlərində mövqeyini gücləndirə bilər Elpress.az xəbər verir ki, Azərbaycanın strateji coğrafi mövqeyi və inkişaf edən nəqliyyat infrastrukturu ölkənin regional […]

Sabah sosial ödənişlər tam şəkildə həyata keçirilir

Aysel Əlibəyli 23 İyun 2026 · 15:26 1156 baxış Sabah ölkə üzrə bütün sosial yardımlar və müavinətlər vətəndaşlara tam həcmdə ödəniləcək. Aidiyyəti qurumlar tərəfindən ödənişlərin vaxtında və fasiləsiz şəkildə həyata keçirilməsi təmin olunacaq, benefisiarların hesablarına […]

Qeydiyyatda olan işsizlərin sayı artıb

Aysel Əlibəyli 24 İyul 2026 · 15:54 1094 baxış Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı 248,5 min nəfərə çatıb Elpress.az xəbər verir ki, 2026-cı il iyulun 1-nə olan məlumata əsasən, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyatda […]