--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Avqustun 20-də bu ərazilərdə işıq kəsiləcək

Aysel Əlibəyli 19 Avqust 2026 · 23:58 1120 baxış

Avqustun 20-də Azərbaycanın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Elpress.az xəbər verir ki, “Azərişıq” ASC-dən verilən məlumata görə, fasilələr elektrik şəbəkələrində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar olacaq.

Belə ki, Yevlax şəhərində saat 09:00-dan 12:00-dək Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Yeni Yevlax, Qanboy Quliyev, Mirzə Ələkbər Sabir və Səməd Vurğun küçələrinin bir hissəsində elektrik enerjisinin verilməsi dayandırılacaq.

Tərtər rayonunun Qazyan Qapanlı və Qaynaq kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək fasilə yaranacaq.

Ağdaş rayonunda Bulaqotağı, Ərəb, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar və Yuxarı Qəsil kəndlərinin bir hissəsində də saat 10:00-14:00 aralığında elektrik enerjisi olmayacaq.

Göyçay rayonunun Qaraxıdır, Qaraman, Lək, Mırtı, Şəkər, Veysəlli və Yalman kəndlərinin bəzi ərazilərində isə məhdudiyyət saat 10:00-dan 15:00-dək davam edəcək.

Paytaxtın Yasamal rayonunda da təmir işləri aparılacaq. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Əsəd Əhmədov, Zahid Xəlilov, Mətbuat, Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev və Akim Abbasov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

“Azərişıq”ın məlumatına görə, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik təchizatının daha keyfiyyətli və dayanıqlı olması təmin ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ermənistanın yeni Konstitusiya layihəsi müzakirəyə çıxarılacaq

Next Article

ABŞ və Asiya birjalarında yüksəliş qeydə alınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AAYDA-da yeni təyinat: Emin Quliyev müşavir oldu

Aysel Əlibəyli 20 Avqust 2026 · 09:35 1072 baxış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, AAYDA sədri Vüsal Nəsirlinin imzaladığı müvafiq əmrlə Emin Quliyev İdarə Heyəti […]

Azərbaycanlı jurnalistlər İsrail telekanalında olublar

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:19 1056 baxış Media-tur çərçivəsində jurnalistlər “Channel 12”nin xəbər istehsalı prosesi ilə tanış olublar Elpress.az xəbər verir ki, İsraildə keçirilən media-turda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin aparıcı kommersiya xəbər […]

İldırımlı hava Bakı–Naxçıvan reyslərini gecikdirdi

Aysel Əlibəyli 06 İyul 2026 · 17:49 1084 baxış İldırımlı hava şəraiti səbəbindən iyulun 6-na planlaşdırılan bəzi Bakı–Naxçıvan aviareyslərinin icrası təxirə salınıb. Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları (AZAL) məlumat yayıb. Bildirilib […]