--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan Hərbi Hava Qüvvələri döyüş hazırlığını artırır – təlim uçuşları keçirildi

Aysel Əlibəyli 06 İyul 2026 · 18:18 1130 baxış

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində 2026-cı ilin hazırlıq planına uyğun növbəti təlim-məşq uçuşları icra olunub.

Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, uçuşlardan əvvəl pilotların sağlamlıq vəziyyəti yoxlanılıb, təhlükəsizlik qaydaları üzrə təlimatlandırma aparılıb və aviasiya texnikasına baxış keçirilib. Təlim proqramına əsasən “JF-17C” (Block-III), “Su-25ML”, “Su-25” və “L-39” tipli təyyarələrlə praktiki uçuşlar yerinə yetirilib.

Pilotlar fərdi və qrup şəklində müxtəlif taktiki tapşırıqları icra edib, hava məkanında qarşılıqlı fəaliyyət, şərti döyüş əməliyyatları, hədəflərin aşkar edilərək məhv edilməsi və xüsusi hallarda operativ qərar qəbuletmə bacarıqlarını təkmilləşdiriblər.

Təlimlər zamanı əsas diqqət müxtəlif meteoroloji və taktiki şəraitdə döyüş tapşırıqlarının dəqiq və təhlükəsiz yerinə yetirilməsinə, həmçinin aviasiya vasitələrinin döyüş imkanlarının artırılmasına yönəldilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İldırımlı hava Bakı–Naxçıvan reyslərini gecikdirdi

Next Article

Masallıda 3 tondan çox yararsız ət dövriyyədən çıxarıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Təhsil kreditlərinin meyarları dəyişdirilə bilər

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:29 1068 baxış Deputat ailənin real gəlirinin və sosial yükünün nəzərə alınmasını təklif edib Elpress.az xəbər verir ki, Təhsil kreditlərindən yararlanma meyarlarına yenidən baxılması təklif olunub.Milli Məclisin Elm və […]

Anar Nəcəfliyə AAYDA-da yeni vəzifə verildi

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:04 1058 baxış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfliyə yeni vəzifə verilib. Elpress.az xəbər verir ki, “Baku.ws”in “Unikal”a istinadən yaydığı məlumata görə, Anar Nəcəfli AAYDA-da […]

Pensiyaların sentyabr ödənişi tamamlandı

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 11:04 1132 baxış Elpress.az xəbər verir ki, sentyabr ayı üzrə pensiya ödənişləri ölkə ərazisində tam yekunlaşdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu […]

Məktəblərin ətrafında nəzarət GÜCLƏNDİRİLİR

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 11:18 1042 baxış Elpress.az xəbər verir ki, yeni tədris ilinin başlamasına sayılı günlər qalmış Bakıdakı məktəblərin ətrafında yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər artırılıb. Bakı Şəhər Dövlət Yol […]