--:--:-- | 08 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İldırımlı hava Bakı–Naxçıvan reyslərini gecikdirdi

Aysel Əlibəyli 06 İyul 2026 · 17:49 1086 baxış

İldırımlı hava şəraiti səbəbindən iyulun 6-na planlaşdırılan bəzi Bakı–Naxçıvan aviareyslərinin icrası təxirə salınıb.

Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları (AZAL) məlumat yayıb. Bildirilib ki, bölgədə hava şəraiti normallaşdıqdan sonra uçuşlar mərhələli şəkildə bərpa olunacaq və sərnişinlər mümkün dəyişikliklərlə bağlı əlavə məlumatlandırılacaqlar.

Şirkət qeyd edib ki, Naxçıvanın dağlıq relyefi və coğrafi mövqeyi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuşların təhlükəsizliyinə birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risk yaradır.

AZAL vurğulayıb ki, reyslərin təxirə salınması və ya ləğvi ilə bağlı qərarlar yalnız hava limanındakı mövcud hava şəraitinə əsasən verilmir.

Uçuş marşrutu boyunca, həm qalxma, həm də enmə məntəqələrində müşahidə olunan və proqnozlaşdırılan meteoroloji vəziyyət beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə qiymətləndirilərək müvafiq qərar qəbul olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda 135 nömrəli avtobus yanıb – sərnişinlər son anda xilas oldu

Next Article

Azərbaycan Hərbi Hava Qüvvələri döyüş hazırlığını artırır – təlim uçuşları keçirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nikah və boşanma sayı azalıb

Aysel Əlibəyli 21 İyul 2026 · 14:44 1080 baxış Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk beş ayında ölkədə 15 […]

Metroda intervallar qısaldılır – yeni qrafik açıqlanıb

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 13:59 1100 baxış Elpress.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də aparılan texniki optimallaşdırma, monitorinq və sınaq tədbirlərindən sonra qatarlar arasında intervalların azaldılması qərara alınıb. Sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” istiqamətində […]