--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Ermənistanın yeni Konstitusiya layihəsi müzakirəyə çıxarılacaq

Aysel Əlibəyli 19 Avqust 2026 · 23:48 1074 baxış

Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi davam edir.

Elpress.az xəbər verir ki, 2026-2031-ci illər üzrə hökumət proqramının layihəsində yeni Konstitusiya layihəsinin yekunlaşdırılaraq ictimai və peşəkar müzakirəyə təqdim ediləcəyi bildirilib.

Sənəddə qeyd olunub ki, yeni Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Ermənistan xalqının dövlətin gələcəyi, daxili və xarici münasibətlərin əsas prinsipləri ilə bağlı ümumi siyasi razılığını əks etdirməlidir.

Layihənin qanunun aliliyinə əsaslanan dövlət quruculuğuna, demokratiyanın və ictimai etimadın möhkəmləndirilməsinə, həmçinin ölkənin uzunmüddətli inkişafına xidmət etməsi nəzərdə tutulur.

Bildirilir ki, sənəd yekunlaşdırıldıqdan sonra ictimai və peşəkar müzakirəyə təqdim olunacaq. Daha sonra onun referendum üçün təqdim edilməsi istiqamətində müvafiq addımlar atılacaq.

Qeyd edək ki, məsələ avqustun 20-də keçiriləcək iclasın gündəliyinə daxil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Göygöldə 23 yaşlı gənc bıçaqlanıb

Next Article

Avqustun 20-də bu ərazilərdə işıq kəsiləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Trampın Putinlə bağlı açıqlamasına mediadan şübhə

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 18:42 1084 baxış ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinin həm onunla, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara hazır olduğu barədə açıqlaması gündəmə gəlib. Elpress.az xəbər […]

Finlandiyada nüvə silahı ehtimalı gündəmdə

Aysel Əlibəyli 29 İyun 2026 · 12:33 1176 baxış Finlandiyanın yeni addımı Rusiyanın diqqətində: NATO-nun nüvə çəkindirmə planları genişlənir Elpress.az-ın məlumatına əsasən, NATO-nun Rusiya sərhədlərinə yaxın bölgələrdə hərbi imkanlarını artırması ilə bağlı müzakirələr davam edir. […]

Trampdan İranla bağlı yeni açıqlama: “Bu mümkündür”

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 16:15 1066 baxış ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların gələcəkdə genişləndirilə biləcəyini istisna etməyib. O, mümkün zərbənin ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra həyata keçirilə biləcəyini bildirib. Elpress.az […]